Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazırdır.

Məlumata görə, Paşinyan bununla bağlı Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada və 14 may 2023-cü ildə Brüsseldə imzalanmış sazişlərə sadiqliyini, eləcə də bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv şəkildə həll etməyə hazır olduğunu təsdiqləyib.

Makron da öz növbəsində sərhədlər boyu gərginliyin azaldılmasının vacibliyinə diqqət çəkib və regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu ifadə edib. 

Mənbə: Ermənistan KİV




Ana səhifəyə qayıt        Baxış: 5 292          Tarix: 9-09-2023, 12:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma