"Hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya "Gepard", "Skynex" və analoq qurğular lazımdır".
Modern.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
"Gepard" effektiv olduğunu sübut edib, çünki "Gepard" sursatlarının istifadəsi zenit idarə olunan raketlərin istifadəsidir. Məsələ ondadır ki, biz "Gepard" kimi nə qədər qurğu əldə edə bilərik. Təbii ki, bu sistemlərin analoqları var - bu məsələ çoxdan öyrənilib, danışıqlar davam edir. Bizə daha çox belə sistemlər, "Gepard" analoqları lazımdır. "Shahed" PUA-ları kimi hədəfləri məhv edərək avtomatik rejimdə tez işləyə bilən daha yaxşı sistemlər var. Ümumiyyətlə, Müdafiə Qüvvələrimizdə Ukrayna səmasını və öz ərazilərini daha da yaxşı müdafiə etməyə imkan verəcək vasitələr yoxdur", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Paylaş: