Həftənin gərginliyi: İran-Pakistan qarşıdurması, HƏMAS, Hizbullah, Husilər, İranın proksi qüvvələri. Tehran məhz onların əli ilə Amerika Birləşmiş Ştatları və İsraillə savaşır.
Suriyada, İraqda, Əfqanıstanda, elə İranın özündə isə başı terrorçu qruplaşmalarla dərddədir. Yəni qonşularının çoxu ilə münasibətləri gərgindir. Belə bir vəziyyətdə SEPAH özünə yeni cəbhə açdı - Pakistan. Bir anda gözlənilmədən Pakistana raket atdı, Suriya və İraqa da atmışdı.
İrana elə gəlirdi ki, qonşuları ilə istədiyi kimi davrana bilər. Amma İslamabad Tehranın cavabını verdi. Pakistan İran-İraq müharibəsindən sonra İranı vuran ilk dövlət oldu.
“Tehranın bizə heç kimin gücü çatmaz” imici dağıldı, gərginlik də səngidi. Pakistan nüvə silahına sahib ölkədir. SEPAH ona zərbə endirəcək qədər ağılsız davranır.
oxu.az
Paylaş: