Xəbər lenti

Ermənistanın “Sülh qovşağı” (Dünyanın kəsişməsi) layihəsi çərçivəsində ilk yük maşını mayın 31-də Çinin Şanxay şəhərindən İrəvana gəlib.

Axar.az xəbər verir ki, belə bir iddia ilə Ermənistan mediası çıxış edib.

Bildirilib ki, yük maşını Qazaxıstan, Özbəkistan, Türkmənistan və İran ərazilərindən keçərək 20 günə Ermənistana çatıb.

Hətta yük maşınını qarşılayanlar arasında Qazaxıstanın Ermənistandakı səfiri Bolat İmanbayev, Türkmənistanın Ermənistandakı səfiri Məhəmmədniyaz Maşalov da olub.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın irəli sürdüyü “Sülh qovşağı” (Dünyanın kəsişməsi) layihəsi hələ reallaşmayıb. Amma erməni mediası məqsədi bəli olmayan yük maşınının “Sülh qovşağı”nın tərkib hissəsi adlandırıb. Üstəlik, Çindən Ermənistana gələn “ilk yük maşınının” daha hara gedəcəyi və yaxud bu “dəhliz”in son məntəqəsi də bəlli deyil.




Ana səhifəyə qayıt        Baxış: 2 942          Tarix: 3-06-2024, 17:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma