Xəbər lenti
13-09-2025, 19:48

"Bu gün Ermənistan və ABŞ arasında strateji dialoq üzrə keçirilən görüş iki ölkə arasında münasibətləri möhkəmləndirəcək".

Bunu baş nazir Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayenlə görüşündə deyib.

Paşinyan bu görüşün müxtəlif sektorlarda əməkdaşlığa yeni təkan verəcəyini vurğulayıb. O, həmçinin mayın 5-də Brüsseldə baş tutan Ermənistan-Aİ-ABŞ sammitinin nəticələrinin əhəmiyyətini qeyd edib və əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyini bəyan edib.

O`Brayen əmin edib ki, ABŞ müxtəlif sahələrdə islahatların aparılmasında Ermənistana dəstəyini davam etdirəcək.

Həmsöhbətlər Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların gedişini, həmçinin Alma-Ata bəyannaməsinə əsaslanan delimitasiya prosesini müzakirə ediblər.

Mənbə: Sputnik




Ana səhifəyə qayıt        Baxış: 3 530          Tarix: 11-06-2024, 21:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma