Xəbər lenti

Qazaxıstanın İsveçrədə təşkil olunan Ukrayna üzrə sammitdə iştirak etməməsinin səbəbi açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

O, beynəlxalq tədbirlərin qrafikinə görə bunun baş tutmadığını deyib.

Onun sözlərinə görə, qeyd olunan tədbirə nümayəndə heyəti göndərilməyəcəyi barədə əvvəlcədən məlumat verilib.

Xatırladaq ki, Bürgenstok şəhərində iyunun 15-16-da keçirilmiş sammitdə 90-dan çox ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Konfrans 80 ölkə və 4 beynəlxalq qurumun nümayəndələrinin imzaladığı yekun kommünikenin təsdiqi ilə yekunlaşıb.




Ana səhifəyə qayıt        Baxış: 3 006          Tarix: 17-06-2024, 21:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma