Xəbər lenti

Ermənistan Baş naziri Nikol Paşinyan Sünik (Zəngəzur) vilayətinə səfəri zamanı Mili Təhlükəsizlik Xidmətinin Xınzirək (Xndzoresk) kəndində yerləşən sərhədyanı zastavasına baş çəkib.

Axar.az xəbər verir ki, Paşinyan bununla bağlı sosial şəbəkə səhifəsində video paylaşıb.

Sərhəd qoşunlarının qərargah rəisi Edqar Hunanyan vəziyyəti baş nazirə məruzə edərək bildirib ki, heç bir fövqəladə insident qeydə alınmayıb. Hökumət başçısı xidmətin gedişi, o cümlədən zabit ailələrinin məişət şəraiti ilə tanış olub.




Ana səhifəyə qayıt        Baxış: 2 820          Tarix: 17-06-2024, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma