Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqi üzrə işə başlamağı təklif edir.

Müvafiq bəyanat Ermənistan Nazirlər Kabinetinin rəsmi "Telegram" kanalında dərc olunub.

"Ermənistan baş nazirinin bu il 15 iyun tarixli bəyanatının ardı olaraq və Ermənistan hökumətinin gərginliyin yaranmasının qarşısını almaq niyyətində olduğuna əsaslanaraq, Baş Nazirin Aparatı diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidenti Administrasiyasına təklif edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılsın", - bəyanatda deyilir.




Ana səhifəyə qayıt        Baxış: 2 320          Tarix: 22-06-2024, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma