Xəbər lenti

Vaşinqton Fransanı Azərbaycana qarşı təxribatda ittiham edib

 

“Fransanın Ermənistana silah satması Bakı ilə İrəvan arasında münasibətlərdə yeni təxribatçı elementdir”. 

 

Ovqat.com-un məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Ermənistan mətbuatına açıqlamasında deyib.

 

Onun fikrincə, Fransa Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Ermənistanla silah tədarükü ilə bağlı müqavilə bağlamalı idi.

 

“...Təəssüf ki, biz sülh sazişinin bağlanmasına yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”, - Uorlik bildirib.




Ana səhifəyə qayıt        Baxış: 5 880          Tarix: 24-06-2024, 20:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma