Xəbər lenti

Azərbaycanla müxtəlif sahələrdə effektiv əməkdaşlığımız var. APA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, o, bu gün Bakıda keçirdiyi görüşlərdə regional vəziyyəti, əməkdaşlığı müzakirə edib, son illər ərzindəki vəziyyəti nəzərdən keçirib.

Blinkenin köməkçisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb. Amerikalı diplomat qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür.

O əlavə edib ki, münaqişənin həlli bütövlükdə region üçün səmərəli olacaq, həm siyasi, həm də iqtisadi baxımdan.

C.Obrayen görüşlər zaman Azərbaycanın COP29-a sədrliyini də müzakirə etdiyini vurğulayıb:

“Biz Azərbaycana bu prosesdə texniki dəstək verəcəyik. Biz iqlim dəyişikliyini ciddi qlobal çətinlik hesab edirik”.




Ana səhifəyə qayıt        Baxış: 2 864          Tarix: 28-06-2024, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma