Xəbər lenti

Avqustun 12-də Ermənistan Baş naziri Nikol Paşinyanın məzuniyyəti başa çatır. O, işə qayıtdıqdan sonra hökumətdə bir sıra dəyişikliklər etməyi planlaşdırır.

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistanın "Joğovurd" qəzetində dərc edilən məqalədə bildirilir.

Qəzet hökumətə yaxın mənbələrə istinadən yazır ki, Paşinyanın bir sıra məmurları işdən çıxaracağı və yenilərini təyin edəcəyi gözlənilir.

Nəşr, həmçinin bildirir ki, Paşinyan mətbuat konfransı keçirməyi, sülh müqaviləsi, konstitusiyanın dəyişdirilməsi ilə bağlı Azərbaycanın tələbləri barədə açıqlama verməyi planlaşdırır.

Məlumata əsasən Ermənistanın Bakıda keçiriləcək COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə də yekun qərar verilməlidir.

Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. İrəvan hələlik tədbirdə iştirak edib-etməməcəyi barədə qərar verməyib.




Ana səhifəyə qayıt        Baxış: 3 677          Tarix: 10-08-2024, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma