Xəbər lenti

Almaniya Parlamentinin üzvü Frank Şvabenin qərəzli mövqeyi Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir.

Bunu "Report"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Şvabenin Azərbaycanın Avropa Şurasında (AŞ) üzvlükdə maraqlı olmadığına və guya bu təşkilatın təbliğ etdiyi dəyərlərə sadiq olmamasına dair ittihamlarının heç bir əsası yoxdur:

"Şvabe yenə qərəzindən əl çəkmir. Bu qərəzli mövqe, əslində, Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir. Fransa və Almaniya Şvabe kimi təlxəklərdən istifadə edir".




Ana səhifəyə qayıt        Baxış: 2 670          Tarix: 27-08-2024, 21:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma