Xəbər lenti

Gürcüstan prezidenti Salome Zurabişvili "xarici agentlər" haqqında qanun layihəsinə etiraz olaraq keçirilən mitinqdə videobağlantı vasitəsilə nümayişçilərə müraciət edir.

Gürcüstan prezidenti Salome Zurabişvili payızda keçiriləcək parlament seçkilərini ölkə üçün "Avropa və Rusiya arasında seçim" adlandırıb.

Zurabişvili seçkinin oktyabrın sonuncu gününə – 26-sına təyin olunması barədə fərman imzalayıb. O deyib ki, seçicilər müharibə və sülh arasında seçməli olacaqlar.

"Seçki günü, seçim günü, sağ qalmaq günü gəlir", – deyən Zurabişvili seçkinin ölkə üçün həyati əhəmiyyətli olduğunu, bir çox illər ərzində onun taleyini müəyyənləşdirəcəyini söyləyib.

"Gürcüstanda heç kim müharibə istəmir, bunu heç kəs planlaşdırmır… Seçim Rusiyanın köləsi olmaq, yaxud Avropa ilə əməkdaşlıq arasında aparılacaq", – Zurabişvili əlavə edib.

Gürcüstan uzun müddət NATO və Avropa İttifaqına qoşulmaq niyyətində olsa da, son illər hökumətin Qərblə münasibətlərində geriləmə var, Tbilisinin Rusiyaya tərəf yönəldiyi görünür.

Brüssel Aİ-nin Tbilisi ilə üzvlük danışıqlarına fasilə verib, Birləşmiş Ştatlar Gürcüstanla münasibətləri hərtərəfli nəzərdən keçirməyə başlayıb. Buna Gürcüstan hökumətinin etirazlara baxmayaraq, "xarici agent" qanununu qəbul etməsi səbəb olub. Hökuməti keçmiş baş nazir, milyarder Bidzina İvanişvilinin "Gürcü Arzusu" partiyası idarə edir.

Gürcüstanda vətəndaş cəmiyyəti illərdir ölkənin Rusiyanın təsirindən uzaqlaşdırılmasına çalışır. Moskva Tbilisi ilə 2008-ci ildə beşgünlük müharibədən sonra Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarını tanıyıb, həmin ərazilər minlərlə hərbçi yerləşdirib. ("Azadlıq" radiosu)




Ana səhifəyə qayıt        Baxış: 2 745          Tarix: 28-08-2024, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma