Xəbər lenti

“Dünyada davam edən sistem böhranı dövlətlərin suverenliyinin əsasını məhv edən və xalqların öz şəxsiyyətlərini itirməsinə gətirib çıxaran Qərbin tətbiq etdiyi liberal dəyərlərlə bağlıdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri Şanxay Siyasi-Hüquq Akademiyasında çıxış edən KTMT baş katibinin müavini Taalatbek Masadikov səsləndirib.

“Dünyada baş verənlər köhnə dünya nizamının dağılmasının sübutudur. Demək olar ki, bütün dünya ölkələrini bürümüş qlobal böhran mövcud ədalətsiz istehsal münasibətləri və bölgü üsulu, cilovsuz istehlak yarışı, təbii sərvətlərin yırtıcı şəkildə istismarı, yeni silahlanma yarışı və nəticədə cəmiyyət həyatının bütün sahələrinin böhranı, insanların davranışında mənəvi-əxlaqi prinsiplərin tənəzzülü, dəbdəbəyə və qeyri-insani həzlərə hədsiz ehtiraslı meylliliklə bağlıdır. Maddi münasibətlərin mənəviyyatdan üstün olması dünyada sistemli böhranın əsas səbəbinə çevrilib. Bu, ilk növbədə, liberal dəyərlər adlandırılan Qərbin aqressivliyi ilə əlaqədardır”,-deyə KTMT rəsmisi qeyd edib.

Onun fikrincə, yad idealların və dəyərlərin yeridilməsi suverenliyin təməlini məhv edir, siyasi sabitliyin və dövlətçiliyin əsaslarını sarsıdır, xalq öz şəxsiyyətini itirir və özünü məhv edir.

“Əsas mübarizə zahiri görkəminə baxmayaraq, ərazilər, iqtisadi üstünlük, enerji resurslarının bölüşdürülməsi uğrunda deyil, mənəvi-əxlaqi müstəvidə gedir. Hazırkı silahlı və digər münaqişələr və etirazlar ideoloji səviyyədə sivilizasiyaların, Qərbin və dünyanın qalan dəyərlərinin toqquşmasının mahiyyətini təşkil edir”,-deyə Masadikov iddia edib.




Ana səhifəyə qayıt        Baxış: 4 519          Tarix: 30-09-2024, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma