ABŞ prezidenti Co Bayden səlahiyyətlərinin son həftələrində Rusiyanın enerji sektoruna qarşı genişmiqyaslı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, belə bir qərarın Rusiya ilə mümkün nizamlanma danışıqları zamanı “seçilmiş prezident Donald Trampın gələcək komandasına daha çox təsir rıçaqları vermək” üçün verilməsi nəzərdə tutulur. Sanksiyaların Rusiya neftini qeyri-Qərb ölkələri ilə daşıyan xarici gəmiləri, habelə hələ də sanksiyalar siyahısına daxil edilməyən Rusiya neft ixracatçılarını hədəf alacağı gözləyir.
Nəşrin həmsöhbətlərinin fikrincə, mümkün variantlar arasında banklara Rusiyanın enerji resursları ilə əməliyyatları həyata keçirməyə imkan verən lisenziyanın ləğvi də var.
Paylaş: