İranın xarici işlər naziri Abbas Əraqçı Astana prosesi çərçivəsində baş tutan danışıqların bəzi detallarını danışıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verib.
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Astana prosesi çərçivəsində İslam Respublikası Türkiyə və Rusiya ilə birlikdə Suriya hökuməti və müxalifət arasında münasibətlərə kömək etməyə çalışıb.
"Mən dəfələrlə Suriya hökumətinə, xarici işlər nazirinə, hətta Bəşər Əsədin özünə Türkiyə ilə danışıqlara getməyi tövsiyə etdim, ancaq Suriya hökuməti və Bəşər Əsəd danışıqlarla razılaşmadılar. Son nəticədə müxalif qruplar və digər hökumətlərlə danışıb-danışmamaq Suriyanın öz qərarı idi", - deyə A.Əraqçı qeyd edib.
Onun sözlərinə görə, Suriya ordusu müxaliflərlə döyüşməkdən imtina etdikdə Tehran artıq heç bir tədbir görməyib.
Paylaş: