Xəbər lenti
24-10-2025, 19:40

Polşa növbəti altı ay ərzində Avropa Birliyi Şurasına sədrlik edəcək. Ukrayna Avrointeqrasiya məsələlərini irəlilətmək üçün əməkdaşlıq gözləyir.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb.

Nazir qeyd edib ki, Ukrayna Polşanın liderliyinə, bütövlüyünə və qətiyyətinə arxalanır.

“Biz Ukraynaya hərbi dəstəyi gücləndirmək üçün yeni təşəbbüslər və təcavüzkara qarşı sanksiyaların tətbiq edilməsini gözləyirik”, - deyə Sibiqa əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 2 791          Tarix: 1-01-2025, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma