Xəbər lenti

Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan soydaşlarla iş üzrə naziri Naser Burita Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani ilə telefon danışığı aparıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Burita Mərakeşin Suriya xalqına, həmçinin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyib.

O, iki ölkəni ortaq bağların birləşdirdiyini vurğulayıb.

Nazirlər iki millətin ümumi maraqları naminə ölkələr arasında diplomatik əlaqələrin gücləndirilməsi barədə razılığa gəliblər.

Burita və əş-Şibani arasındakı danışıq prezident Bəşər Əsədin devrilməsindən sonra iki ölkənin xarici siyasət idarələri rəhbərləri arasında ilk təmas olub.




Ana səhifəyə qayıt        Baxış: 2 131          Tarix: 1-01-2025, 20:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma