Xəbər lenti
23-10-2025, 16:21

Hər bir ölkənin İrana qarşı müharibədə hansı mövqe tutacağına qərar verməsinin vaxtı çatıb. Paşinyan da öz qərarını verib və şübhəsiz ki, o və qrupu İrana qarşı müharibə üçün Ermənistanın bütün resurslarını səfərbər edəcək.

Axar.az xəbər verir ki, bu sözləri erməni ekspert Ayk Nahapetyan yerli mediaya müsahibəsində deyib.

O bildirib ki, İran yaxşı silahlanıb, ballistik və uzaqmənzilli hipersəs raketlərinə malikdir:

“İran İraq deyil. İranı işğal etmək və orada quru hərbi əməliyyat keçirmək üçün 1 milyon əsgər lazımdır və bu, 5-6 ay çəkəcək. Blinken “Gələn həftə Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək” deyərkən, komissiyanın bu işləri sürətləndirmək üçün Ermənistana gələcəyini nəzərdə tutub”, - o bildirib.

Nahapetyanın sözlərinə görə, Paşinyan Zəngəzurun qapılarını ilk növbədə hərbi baxımdan açıb və rus qoşunlarını da oradan çıxarması təsadüfi deyil.




Ana səhifəyə qayıt        Baxış: 3 007          Tarix: 16-01-2025, 10:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma