Xəbər lenti

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya İşləri üzrə Baş İdarəsinin rəisi, nazir müavini Müctəba Demirçilu ilə görüşüb.

Oxu.Az bu barədə IRNA-ya istinadən məlumat verir.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

İran XİN-in rəsmi nümayəndəsi ikitərəfli münasibətlərdəki irəliləyişi qeyd edərək, razılaşmaların həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin qorunması üçün hər iki tərəfin səylərinin vacibliyini vurğulayıb.

Demirçilu, həmçinin hər iki ölkənin rəhbərlərinin qarşılıqlı faydalı münasibətlərin inkişafı istiqamətində səylərini yüksək qiymətləndirib.




Ana səhifəyə qayıt        Baxış: 2 822          Tarix: Dünən, 18:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma