Xəbər lenti

Vaşinqtona səfərim çərçivəsində Ağ Evdə görüşlərin olacağı planlaşdırılmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüş günü “Milli dua səhər yeməyi”ndə iştirak etmək üçün oraya gedib və tərəflər arasında qarşılıqlı görüş və söhbət etmək istəyi yaranıb. Görüş təkbətək olmayıb və nümayəndə heyətinin üzvləri də iştirak ediblər.

Paşinyan əlavə edib ki, görüş kifayət qədər uzun çəkib, çox vacib və səmərəli olub.

Bundan əlavə, baş nazir bildirib ki, Ermənistan-Amerika strateji tərəfdaşlıq sənədinin imzalanması ABŞ-da artıq seçkilər keçirildiyi bir vaxtda baş verib. ABŞ-ın siyasi mədəniyyətinə görə, keçid dövründə keçid komandaları formalaşdırılır və bütün sənədlər yalnız gələcək administrasiyanın razılığı ilə təsdiqlənir. Yəni imzalanan sənəd Trampın komandası ilə razılaşdırılaraq hazırlanıb.




Ana səhifəyə qayıt        Baxış: 2 995          Tarix: Dünən, 23:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma