Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın ikigünlük səfəri çərçivəsində İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.

Oxu.Az xəbər verir ki, "Haber Global" Türkiyə liderinin səfəri haqqında süjet hazırlayıb.

Süjetdə qeyd olunur ki, səfər zamanı dövlət rəhbərləri Pakistan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci sessiyasına həmsədrlik edəcəklər.

Sessiyanın yekununda iki dövlət arasında birgə bəyannamənin və bir sıra mühüm sazişlərin, memorandumların imzalanması gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 1 195          Tarix: Bu gün, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma