Xəbər lenti

İstanbulda hazırlanacaq sənəd Ukraynada münaqişəyə son qoymaq üçün əsas ola bilər.

Oxu.Az xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

O qeyd edib ki, sülhə nail olmaq üçün ilkin yolu tapıb onu keçmək, nizamlanma mexanizmini tapmaq lazımdır.

"Hər iki tərəfdən formalaşan qruplar bunu etməyə qadirdirlər. Onlar həm Rusiya, həm də Ukrayna üçün məqbul olacaq və beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləcək bir model hazırlaya bilərlər. Belə şanslar var", - deyə Rusiya XİN-in nümayəndəsi söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 3 445          Tarix: 16-05-2025, 10:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma