Xəbər lenti

Qırğızıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün məkan təqdim etməyə hazırdır.

Oxu.Az-ın Ermənistan Milli Məclisinin Mətbuat Xidmətinə istinadən məlumatına görə, bu barədə Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyev İrəvanda erməni həmkarı Alen Simonyanla görüşündə bəyan edib.

Bildirilir ki, Simonyan söhbət zamanı Ermənistan və Azərbaycan arasında artıq hazır olan sülh müqaviləsi layihəsinə toxunub və erməni tərəfinin onu imzalamağa hazır olduğunu qeyd edib.

"Cavabında Qırğız Respublikası parlamentinin spikeri qeyd edib ki, Qırğızıstan Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkan təqdim etməyə hazırdır", - deyə Ermənistanın qanunverici orqanının mətbuat xidmətinin məlumatında deyilir.




Ana səhifəyə qayıt        Baxış: 2 989          Tarix: 26-05-2025, 14:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma