Sibel Hürtaş
“Al-Monitor” (ABŞ)
22 dekabr 2016-cı il axşamı İŞİD-in sosial media hesablarından bir edam görüntüsü paylaşıldı. İki türkcə danışan əsgər yandırıldı. Görüntülərin Türkiyədəki internet serverlərindən yayımına ildırım sürəti ilə maneə törədildi.
Qadağaya baxmayaraq, o əsgərlərin kim olduğu ortaya çıxdı: Səftər Taş və Fəthi Şahin. Səftər Taş 1 sentyabr 2015-ci il tarixdə xidmət etdiyi Kilisdə İŞİD tərəfindən qaçırılmışdı. Qaçırılmasından sonra həm ailəsi, həm də müxalifət partiyaları bu məsələni hökumət qarşısında qaldırdı, lakin cavab alınmadı.
8 ay sonra İŞİD-in jurnalı olan “Konstaniyyə”də Səftər Taşın türk səlahiyyətlilərə müraciətlə: "Mənə niyə sahib çıxmırsınız?" – deyə soruşduğu bir müsahibə dərc olundu. Bu sözlər Səftər Taş üçün yaşadığı müddətdə siyasi hakimiyyətin hərəkət etmədiyinə dair bir əlamət idi. Hökumətin sükutu 22 dekabr 2016-cı ildə Taşın edamı ilə pozuldu.
Siyasi iqtidar fotolar nəşr olunduqdan sonra da susma siyasətini davam etdirdi. Təsvirlərin tam yığışdırıldığı iddia olundu. Hətta hökumət sözçüsü Numan Kurtulmuş "Mediadakı bəzi dostlar uydurma görüntülərlə xalqı hiddətə sürükləyə bilməz", – deyərək irəli daha bir addım atdı. Aparıcı media hadisəni görməməzliyə vurdu. HDP və CHP-li millət vəkillərinin hadisə ilə əlaqədar hər hansı bir sualına isə nə Daxili İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, nə də Baş nazirin ofisi cavab verdi. Hətta mövzunu Məclisin gündəminə gətirən HDP-li millət vəkili Mehmet Emin Adıyamanın nitqini AKP-li millət vəkilləri əngəllədi.
Aylarla uşaqlarının aqibətini öyrənməyə çalışan Səftər Taşın valideynlərinə gəlincə, agentliklər bu görüntüləri izləyən ananın əsəb böhranı keçirdiyini yazdı. Bir müddət sonra səlahiyyətlilər ailəni ziyarət edib, Səftər Taşın yaşadığını və bu görüntülərin montaj olduğunu söylədi. Ata Aydın Taş: "Oğlumun yaşadığına inanıram", – dedi.
Ailənin tam bir il gözlədi. Ancaq heç bir irəliləyiş yox idi. Ta ki Aydın Taş oğlu üçün “itkin düşmüş” iddiası qaldırana qədər. Qərar qəbul edildiyi gün səlahiyyətlilər ailəni yenidən ziyarət etdi. Qarnizon komandiri və mahal başçısı Səftər Taşın İŞİD tərəfindən öldürüldüyünü, şəkillərin gerçək olduğunu açıqladı.
ölümündən bir il sonra Sərdar Taş üçün başsağlığı çadırı quruldu. Başsağlığı çadırını ziyarət edən HDP-nin İğdır millət vəkili Mehmet Emin Adıyaman “Al-Monitor” şərhində, "Ailə bu prosesi həmişə dilemma içində yaşadı. Bir tərəfdən izlədikləri videoda oğullarının öldürüldüyünü görüb həqiqəti qəbul etməyə çalışdı, digər tərəfdə, “oğlunuz yaşayır” deyən dövlət səlahiyyətlilərinə inanmaq istədilər. Ən böyük çətinlik, bu müddətdə mənəvi işgəncə məruz qalmalarıdır".
Mehmet Emin Adıyaman bu dövrdə Səftər Taşın vəziyyətini davamlı olaraq gündəmdə saxlayan bir millət vəkilidir. HDP-li siyasətçi hökumətin Səftər Taşın qurtarmaq üçün mübadilə və bənzər üsullardan istifadə edə biləcəyini dəfələrlə söyləyib. Amma hökumət bunu etməyib.
Adıyaman deyir: " Türkiyə və İŞİD bu prosesdə qapalı qapılar arxasında flört etdilər. Sərhəddə türk əsgərlərinin İŞİD-çilərlə salamlaşdığı şəkillər sosial mediada əks olunub. Hökumət bu məsələ ilə maraqlanmır: "Bir əsgər qaçırıldı, nə olsun?" – deyə düşünür. Bu proses Rəcəb Tayyib Ərdoğanın “'Şamdakı Əməvi məscidində namaz qılacağıq” xəyalı qurduğu, Əsədin devirməyi hədəflədiyi müddətlə eyni zamana təsadüf edirdi. Lakin sonra xarici siyasət dəyişdi. “Fərat qalxanı” əməliyyatı İŞİD-in aləmində xəyanət hissi idi. Səftər Taşın edamı bu proses ilə üst-üstə düşdü".
Millət vəkili AKP-nin bu görüntüləri unutdurmaq üçün əlindən gələni etdiyini söyləyərək, "Edam görüntüləri böyük bir vəhşilikdir, – deyib. – Türkiyədə sağçı, solçu, dindar, dinsiz – hər kəs bundan təsirləndi. Amma AK Partiya əsgərin Səftər Taş olduğunu təsdiqləməyib".
CHP-li millət vəkili Murat Bakan da “Al-Monitor”a açıqlamasında bildirib: "Vətən xaini elan edilən yalnız Səftər Taşın vəziyyətini gündəmə gətirənlər deyil”.
AKP-yə yaxınlığı ilə seçilən Vətən Partiyasının mətbu orqanı olan “Aydınlık” qəzeti əhəmiyyətli bir iddianı gündəmə gətirib. “Aydınlık”, bir tərəfdən, görüntülərin montaj olduğunu, digər tərəfdən də, Fəthi Şahinin xidməti yerindən qaçıb İŞİD-ə qatıldığını iddia edib. Bu iddiasında da qəzet şəxsiyyəti naməlum bir adamın telefonda söylədiklərinə əsaslanıb.
Fəthi Şahinin kəndinə gedən “Aydınlık” müxbirinə barəsində müxtəlif sözlər söylənib: "qaradinməz adam ", “narkoman”… “İŞİD-çi”. Halbuki Fəthi Şahin o videoda: "Xidmət yerim Tekirdağ, Jandarma kəşfiyyatı”, – deyirdi.
Beləliklə, Fethi Şahin əslində kimdir? İŞİD-ə sızması ehtimal olunan kəşfiyyatçı, ordudan qaçmış əsgər, yoxsa İŞİD-çilərin Səftər Taş kimi əsir aldığı əsgər?
Hökumət bu sualları şərh etməyib. Səftər Taşın öldüyü faktı qəbul edilib, amma sual budur: Fəthi Şahinə "rəsmi olaraq" nə olub?
Video görüntüsünə görə, edam edənlər də İSİD-çi türklərdir. Kəşfiyyat qaynaqları Səftər Taş və Fəthi Şahinin görünüşlərinin montaj olduğunu önə sürüb, amma hər necəsə edamı reallaşdıranların da türk olduğunu ortaya çıxarmışdı.
CHP-li Murat Bakan deyir ki, həm PKK-nın, həm İŞİD-in əlində 30-a yaxın əsgər var. “Partiyamıza itkin əsgərlərin ailələri müraciət edib. Bir neçə dəfə birlikdə səlahiyyətlilərdən kömək istəmişdik".
Səlahiyyətlilər Səftər Taşa şəhidlik statusu veriləcəyini və xatirəsi üçün bir abidə ucaldılacağını açıqlayıb. Fethi Şahinə dair heç bir izahat yoxdur. CHP-li Bakan Səftər Taş üçün dəfn mərasimi istəyir. O, İŞİD-in başını kəsərək öldürdüyü iranlı əsgər Muhsin Hocəci mərasimi və bu mərasimdə İranın dini lideri Ayətullah Əli Xamneyi başda olmaqla yüksək səviyyəli siyasi, hərbi ərkanın da qatılmasını nümunə göstərir.
Türkiyə İŞİD əleyhinə belə bir rəftar göstərəcəkmi? AKP millət vəkilinin Avropa Şurası Parlamentində İŞİD-in soyqırım etməsi ilə bağlı səsvermədə bitərəf qaldığı düşünəndə, bu ehtimal gerçəkdən çox uzaqdadır.
Tərcümə: Strateq.az
Paylaş: