Xəbər lenti

Patrik Kokbörn

“İndependent” (Böyük Britaniya)

 

Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman (MBS), şübhəsiz “İlin Yaxın Şərqli adamı”dır, lakin onun geniş tanınması uğurlarından daha çox uğursuzluqlarından qaynaqlanır. O, kral ailəsinin içində və xaricində rəqiblərin aradan götürülməsi ilə, taxt-taca gedən yolunu təmizləməkdə, makiavelliçi olmaqda ittiham olunur. Ancaq Səudiyyə Ərəbistanının dünyadakı mövqeyinə gəldikdə, şahzadənin yanlış hesablamaları Makiavellinin bir neçə hiyləgər manevrini və müfəttiş Klusonun əcaib çatışmazlıqlarını daha çox xatırladır.

Tez cırnayan və tündməcaz gənc şahzadə yenə və bir daha xaricdəki müəssisələrə inteqrasiya etdiyi şeylərin tam əksini edir. Atası 2015-ci ilin əvvəlində padşahlıq taxtına oturduqda, o, Suriyada baş verən üsyana dəstək verərək, bir sıra uğurlar qazanıb, lakin həm də Rusiyanın hərbi müdaxiləsinə əsas yaradıb və bu, öz növbəsində, prezident Bəşər Əsədin qələbəsinə səbəb olub. Eyni zamanda, MBS Səudiyyə Ərəbistanının Yəməndəki vətəndaş müharibəsinə silahlı müdaxilənə təkan verib, əsasən hava hücumlarını başlayıb. “Operation Decicive Storm” kod adlı, lakin iki il yarımdan sonra hələ də davam edən müharibədə 10 min insan öldürülüb və ən azı yeddi milyon nəfər aclıq çəkir.

Tacdar-şahzadə Səudiyyə xarici siyasətini İrana və onun regional müttəfiqlərinə qarşı təcavüzkar müxalifliyə yönəldir, lakin onun siyasəti İranın təsirini artırır. Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinin Qətər əleyhinə qarşıdurmada oynadığı rolu hələ də davam edən beş aylıq blokada ilə nəticələnib.

Qətərin “əl-Qaidə” tipli hərəkatlara dəstək verməkdə ittihamlaması kifayət qədər inandırıcı səslənirdi, lakin bu, Səudiyyə Ərəbistanın özünə şamil oluna bilər və əslində, əsas ittiham İranla əlaqələrdir. Doha əleyhinə kampaniyanın həqiqi nəticəsi kiçik, lakin inanılmaz dərəcədə zəngin olan dövlətin İranın qollarına daha möhkəm sarılması olub.

Səudiyyənin digər ölkələrlə əlaqələri təmkinli, mühafizəkar və status-kvonun qorunmasına yönəlib. Ancaq bu gün onun davranışı sərt, gözlənilməz və tez-tez əks-səmərəlidir. Noyabr ayında Livan baş naziri Səəd Həriri Riyada çağırılıb, qayıtmasına icazə verilməyib və vəzifəsindən istefa verməyə məcbur edilib. Səudiyyə Ərəbistanının bu pis düşünülmüş fəaliyyətinin məqsədi “Hizbullah”ı və Livanda İranı zəiflətmək idi, lakin praktikada hər ikisi gücləndi.

Bütün bu hərəkətlərin ümumi cəhəti "ən yaxşı ssenari”nin qaçılmaz olaraq nəticə verəcəyinə dair ehtimala əsaslanır. "A Plan" bir yana, heç "B Planı" yoxdur: Səudiyyə Ərəbistanı sadəcə sona çatdırılmasını bacarmadığı münaqişələr və qarşıdurmalara qoşulur.

MBS və onun məsləhətçiləri yəmənlilər, qətərlilər və ya livanlıların nə düşündüyünü veclərinə almır, çünki prezident Donald Tramp, onun kürəkəni, Yaxın Şərq üzrə baş məsləhətçisi Cared Kuşnerlə eyni mövqedədirlər. "Mən kral Salman və Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsinə çox etibar edirəm, onlar nə etdiklərini yaxşı bilirlər, – Səudiyyə elitasının təxminən 200 üzvünün həbsindən sonra, noyabrın əvvəlində Tramp belə bir “tweet” atmışdı. – "Həbs olunanların bir çoxu illər boyu ölkəni inək kimi sağıblar”. Bundan əvvəl Tramp “terroru dəstəkləyən” Qətərin təcrid edilməsi cəhdinə dəstək vermişdi.

Ancaq Səudiyyə Ərəbistanı bu günlərdə Ağ Evdən gələn dəstəyin keçmişdə olduğundan daha az olduğunu görür. Donald Trampın diqqəti, məlum olduğu kimi, qısa müddətlidir, çünki qayğıları daxili siyasətlə bağlıdır. Onun razılığı mütləq mənada ABŞ-dakı digər siyasi hissələrin razılığını bildirmir. Dövlət Departamenti və Pentaqon ən son Tramp “tweet”ini rədd edə və onu görməməzliyə vura və yaxud kənarlaşdıra bilər. Trampın müsbət “tweet”inə baxmayaraq, ABŞ bütövlükdə Səudiyyə Ərəbistanı ilə Qətər arasında qarşıdurmaya və ya Livan baş nazirinin istefasına dəstək verməyib.

Səudiyyə Ərəbistanının gələcək kralı deyir ki, ölkə “mülayim İslam”a keçid edir.

Öz növbəsində, Ağ Ev Səudiyyə hakimiyyətinin məhdudlaşdırılmasını istəyir. MBS, Fələstin lideri Mahmud Abbasının, israillilərə və fələstinlilərə çox az şey verə biləcək, ABŞ tərəfindən dəstəklənən sülh planına razılaşmasına nail olmayıb. İrana qarşı Səudiyyə-İsrail gizli ittifaqı ideyası bəzi Vaşinqton düşüncə mərkəzləri üçün cazibədar ola bilər, ancaq əhəmiyyətsizdir. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyini ora köçürmək vədinin Yaxın Şərqdəki münasibətlərə uzun müddət təsir etməyəcəyi ehtimalı sıfıra bərabərdir.

Onun rəqibləri deyil, Səudiyyə Ərəbistanı təcrid vəziyyətinə düşür. Son iki ildə bölgədəki siyasi tarazlıq naqolay duruma çevrilib. Bunlardan bəziləri MBS-nin yüksəlməsindən əvvəl yaranıb: 2015-ci ilə qədər Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin rəhbərliyi altında olan sünni dövlətlərin birliyi Şamda rejim dəyişikliyini yerinə yetirə bilmədi. Bu güclü qruplaşmanın iki üzvü – Türkiyə ilə Qətər, Əfqanıstan və Aralıq dənizi arasındakı məkanda dominant olan İranın qatıldığı, Rusiya dəstəkli “ox”a daha da yaxınlaşıb.

Əgər ABŞ və Səudiyyə Ərəbistanı bu yeni sazişlə bağlı bir şey etmək istəyirsə, çox gecdir. Yaxın Şərqdəki digər dövlətlər etiraf etməli olur ki, qaliblər və məğlublar var, onlar isə itirənlər tərəfində olmaq istəmir.

Rəcəb Tayyip Ərdoğan, Trampın Qüdsə dair qərarını rədd etmək və qınamaq üçün İstanbulda 57 üzvü olan İslam Əməkdaşlıq Təşkilatının toplantısını çağırdıqda, Səudiyyə Ərəbistanı yalnız normal nümayəndə göndərib. Ancaq İran prezidenti Həsən Ruhani, İordaniya kralı Abdullah və digərləri kimi, Küveyt və Qətər əmirləri sammitdə iştirak edirdilər. Onlar Şərq Qüdsü Fələstin paytaxtı kimi tanıdılar və ABŞ-ı öz qərarını ləğv etməsi tələbini səsləndirdilər.

MBS öz ölkələrində iqtidarını təmin etmək üçün makiavelliçi bacarıqlarını göstərən bütün dünyada liderlərinin ənənələrini davam etdirir. Amma onun uğurları xarici işlər ilə məşğul olmaq üçün öz imkanlarının şişirdilmiş təəssüratını yaradır və bu, fəsadlara səbəb ola bilər. Səddam Hüseyn İraqda hakimiyyəti ələ keçirmək üçün çox güclü idi, lakin uduzduğu iki müharibə ilə ölkəsini məhv etdi.

Güclü liderlərin səhvləri tez-tez şəxsi eqomaniya və cahilliklə izah edilir, üstəlik yalan danışmaq və yanlış məsləhət verən yaltaq ətrafın mövcudluğu ilə. Xarici müdaxilənin ilk addımları tez-tez cəlbedici olur, çünki lider özünü milli standart daşıyıcısı kimi təqdim edə bilər; çünki onun hakimiyyətdə olan inhisarını əsaslandırır. Belə bir vətənpərvərlik duruşu populyarlıq yarlığıdır, lakin qarşıdurma və müharibələr məğlubiyyətlə sonlanır.

MBS, Səudiyyə Ərəbistanının real siyasi və iqtisadi gücünün tükənməyəcəyi anda daha aktiv və təcavüzkar bir rol oynaması qərarına gəlib. O gah bir əli, gah da digərini dostcasına sıxır və çox sayda düşmən qazanır.

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 750          Tarix: 18-12-2017, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma