Tanınmış hüquqşünas Fəxrəddin Mehdiyevin bu yaxınlarda çapdan çıxan “Siyasi sistemin İsveç – Skandinaviya modeli” kitabında bu ölkələrin siyasi sistemləri geniş təhlil olunub. Müəllif bu modelin üstünlüklərini, inkişafa gətirən dəyərlər sistemini tədqiq edib. Fəxrəddin Mehdiyev Strateq.az-a müsahibəsində bu barədə danışıb, həmçinin Skandinaviya modelinin Azərbaycan siyasi sisteminə gətirilməsini vacib sayır:
– Sizin bu yaxınlarda çapdan çıxan “Siyasi sistemin İsveç – Skandinaviya modeli” kitabında bu ölkələrin siyasi sistemlərini təhlil etmisiz. Bu modelin başqa siyasi sistemlərdən əsas üstünlükləri nədən ibarətdir?
-Skandinaviya ölkələri əhalisnin yüksək həyat səviyyəsinə, ən yaxşı sosial təminat sisteminə, sosial-iqtisadi inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsinə görə dünya ölkələri arasında qabaqcıl yer tuturlar. BMT-nin hər il hazırladığı insan inkişafı indeksinə görə də Skandinaviya ölkələri liderdilər. Uzun illərdir ki, insan inkişafı indeksinə görə dünya ölkələri arasında birinci onluğa daxil olurlar. Ümumiyyətlə, Skandinaviya ölkələri yüksək inkişafın müxtəlif parametrlərinin xarakterizə edən göstəricilərə görə, analitik mərkəzlər tərəfindən yüksək qiymətləndirilir və müvafiq reytinqlərdə öncüllüyə layiq göstərilirlər. Onlar nkişaf etmiş ölkələr kateqoriyasındadır və bu, elmi-siyasi ədəbiyyatlarda İsveç və ya Skandinaviya modeli kimi xarakterizə olunur.
-Bu ölkələrdə sosial siyasət necə qurulub, əsas hədəfləri nədir?
-Skandinaviya ölkələrinin iqtisadi, sosial siyasətinin əsasını sosial – demokratik dəyərlər təşkil edir və bazar iqtisadiyyatında sosiallaşma səviyyəsi yüksəkdir. Eyni zamanda sosial sahənin yüksək səviyyədə tənzimlənməsi ilə fərqlənir, sosial vasitələrin bütöv bir sistemi mövcüddur. Həmin sistem əhalinin normal həyat səviyyəsini təmin edir.
-Skandinaviya modelində yüsək inkişaf hansı dəyərlərə əsaslanır?
-Bu modelin nailiyyətlərinin mənbəyi və təminatı onların parlament idarəçiliyidir. Parlamentarizim sistemi və bunun əsasında formalaşan siyasi mədəniyyət, Skandinaviya ölkələrinin yüksək inkişafını təminatçısı kimi çıxış edir. Burada parlamentlər dörd il müddətinə seçilir, parlamentlərdə bir qayda olaraq çoxlu partiyalar təmsil olunur, partiyalar isə koalisyon hökmət yaradırlar.
-Biz başqa ölkələrin təcrübəsinə baxsaq, koalisyon hökumətlərin tez-tez siyasi böhranlara gətirib çıxardığını görürük…
-Hökmətlərin stabilliyi Skandinaviya ölkələri üçün xarakterikdir. Burada seçki hüququnun demokratik prinsiplərinin formalaşması seçki siteminin demokratikləşməsi ilə paralel gedib. Əvvəlcə bu majoritar sistemin proporsional sisteminə keçilməsində ifadə olunub. Həmin proses İsveçdə 1909-cu ildə, Norveçdə 1919-cu ildə, Danimarkada 1920-cu ildə baş verib. Sonradan isə proporsianol sistem daha da təkmilləşdirilib. Əlbəttə, bu sistemin də özünəməxsus problemləri, çətinlikləri yaranır. Lakin siyasi sistemin dinamizmi, yaranmış problemlərin və çətinliklərin vaxtında aradan qaldırılmasına imkan verir. Bir faktı da qeyd etmək zəruridir ki, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətinin idarəçilik forması parlamentli respublikadır. Bu da həmin idarəçilik formasının üstünlüklərinin göstəricisidir. Parlamentli respublikalarda hətta tez-tez baş verən hökmət böhranlarıda, məsələn, bu yaxınlarda Almaniyada, İtaliyada hökümətin formalaşmasında həmin ölkələrin sosial – iqtisadi inkişafını ləngitmir.
– Azərbaycan bu sistemi 100 il bundan əvvəl tətbiq edib, amma bu gün fərqli idarəçilik sistemindəyik…
Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci ildə parlamentli respublika formasında yaranması tarixilik və müasirlik baxımından çox maraqlı hadisədir. SSRİ dağıldıqdan sonra keçmiş respublikalarda keçid dövrü kimi prezidentli respublikalar idarəçiliyi yarandı. Sonradan bir sıra republikalarda artıq parlamentli idarəçiliyinə keçid başladı. Fikrimcə, parlamentli respublikaya keçid tarixlik və müasirlik baxımından məqsədə uyğundur, cəmiyyətimizin üzvləri tərəfindən səsləndirlən bu fikirlər də inkişaf tendensiyalarının məntiqini ifadə edir.
E.Rüstəmli
Paylaş: