“Həm Azərbaycan, həm də Estoniya ticarət yollarının kəsişməsində yerləşir. Estoniya Şimal-Cənub nəqliyyat marşrutuna qoşula bilər. Estoniya Azərbaycan üçün Skandinaviya bazarına çıxış üçün bir tramplindir”. “Report” xəbər verir ki, bunu Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik “Caspian Energy International Media Group”un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərlik etdiyi “Caspian Energy” jurnalının nümayəndə heyətini qəbul edərkən deyib.
İ.Kiverikin sözlərinə görə, Estoniya şirkətləri “Caspian Energy Forum-2018 Tbilisi”də iştirakda maraqlıdır.
Estoniyanın Avropa İttifaqındakı nümayəndəliyinin illik yekunlarına toxunan İ.Kiverik Azərbaycanın Avropa istiqaməti və gündəmi təşkil edən strateji əməkdaşlıqla bağlı yeni sazişin imzalanması üzrə daha fəal işləməyə başladığını söyləyib.
Paylaş: