Xəbər lenti

Dünyanın ən böyük Kosmik Araşdırma Mərkəzi olan Fransanın CNESİN tədqiqatçı-alimi Jan Fransua Kreto Modern.az saytına müsahibə verib.

 

-Cənab Jan Fransua, ilk öncə sizdən özünüzü Azərbaycan oxucularına tanıtdırmağınızı rica edərdik.

-Fransa Milli Kosmik Araşdırmalar Mərkəzinin tədqiqatçısıyam. Bu agentlik Fransa Dövləti ilə birlikdə kosmik fəzaya peyklər buraxaraq Yer kürəsinin vəziyyətini öyrənir. Müəyyən dövrdə olan dəyişiklikləri və keçidləri təhlil edirik. Amerikada NASA bizdə isə CNES-in işi təxminən eyni əhəmiyyət kəsb edir. Yer üzərində baş verən iqlim dəyişikliklərini öyrənirik. Həmçinin, göllərin, çayların, okeanların səviyyəsinin artıb və azalmasını öyrənmək üçün fəzaya peyklər buraxaraq tədqiqatlar aparırıq.

 

-Hal-hazırda mərkəziniz bizim planet üçün təhlükə mənbəyi ola biləcək hansı problemləri tapıb?

-CNES Agentliyi çox böyük bir agentlikdir və onun bir çox departamentləri var. Mən həm CNES-in  özündə, həm də labaratoriyasında işləyirəm. Mən əsasən hidroloqam. Xüsusən də, şirin sular üzərində çalışıram. Şirin suyun vəziyyətini ölçmək və ona alətlər tətbiq etmək üçün tədqiqatlar aparıram. İşin uğurlu olması üçün biz tədqiqatlarımıza hansı alətləri tətbiq etməyimizi dəqiq seçməliyik. Bilirsiniz ki, termometr tempraturu ölçmək üçün bir alətdir. Bununla müqayisədə deyə bilərəm ki, peyk də günlərin necə dəyişdiyini ölçə bilmək üçün istifadə olunan bir alətdir. Bu alətlər bizə imkan verir ki, şirin suların dəyişməsini, onlarda olan dəyişiklikləri üzə çıxaraq.

 

-Söylədiniz ki,  hidroloqsunuz. Bilirsiniz ki Yer üzərində baş verən bütün proseslər Günəş enerjisinin təsiriylə baş verir. Elə növbəti sualım da məhz bununla bağlıdır. Günəş enerjisinin yer üzərindəki rolu...

-Birinci ondan başlayaq ki, Günəş enerjisinin rolu yeri istilətməkdən ibarətdir. Günəş enerjisinin bir hissəsi planetimizə daxil olur və  enerjinin bəzi hissələri əks olunsa da, bir çox hissəsi yer üzərində qalır. Beləliklə Yer üzərində istilik sistemi qorunub saxlanılır. Bilirsiniz ki, Günəş enerjisi Yer kürəsinə gələrkən birinci ekvatorun yaxınlığında yerləşən okean sularının tempraturu digər hissələrdəkinə nisbətən daha çox yüksəlmiş olur. Yer öz oxu ətrafında fırlanır və  öz oxu ətrafında fırlandığına görə də, okeanların bəzi hissələrində olan isti tempratur bütün Yer kürəsində dövr etməyə başlayır. Burada diqqət çəkən məqamlardan biri də balanslaşmadır. Məsələn, okeanın altındakı su həmişə soyuq, üzərindəki isə isti olur. Bu Yer kürəsində qorunub saxlanılan balanslaşma prosesinin bir nəticəsidir və illərdir, əsrlərdir ki bu formada da davam edir.

 

-Əsas tədqiqatınızın şirin su hövzələrində aparıldığını söylədiniz. Bəs planetimizdəki su dövriyyəsinin artıb-azalması haqqında nə deyə bilərsiniz?

-Okeanlardakı su buxarlanır. Buxara çevrilən su yağış formasında yerə düşür. Yerə düşən suaların bir hissəsi okenalara gedir, bir hissəsi isə torpaqda qalır. Yığılma yerin ən dərin qatlarında qrunt və s şəkildə və buzlar formasında dağlarda olur. Bəzi sular bitkilər tərəfindən çəkilir və s. Yerə düşən suyun həcmi qorunub saxlanılmalıdır. Yox, əgər həcm buxarlanan suyun həcmindən çoxdursa, bu zaman artma baş verir. Əksinə olanda isə azalma baş verir.

 

-Hal hazırda bir nömrəli problem sizin agentliyi narahat edir və onun üzərində işləməyi düşünürsünüz?

-Hal-hazırda Yer üzərində baş verən iqlim dəyişkənliyi və s. problemlər çoxdur. Agentliyimiz bunları müəyyən ediyi təqdirdə bunlarla bağlı raport verir. Biz elm adamlarının müşahidələri raport şəklində hazırlanılır. Bunların həlliylə bağlı qərarları verən insanlar isə siyasətçilərdir. Məhz rəhbər orqanın bu barədə qərar qəbul etməsindən sonra icra və digər strukturlar bu qərarları icra edirlər.

 

-Ümumiyyətcə Azərbaycana aid agentliyinizin hər hansı bir tədqiatlarınız olubmu? Burada baş qaldıran hansı qlobal su  problemləriy bağlı həyəcan siqnalını çalmaq olar?

-Xəzər dənizinə biz daxili dəniz deyirik. Lakin bildiyiniz kimi o göldür. Xəzər dənizinin səviyyəsi hər il 10-15 sm azalır. İlk baxışda bu hal sizə çox sadə görünə bilər. Lakin bu heç də belə deyil. Bu da o deməkdir ki, son 20 il ərzində Xəzər dənizinin səviyyəsi 2 metr azalıb. Bu əslində azalma üçün çox böyük bir rəqəmdir və həyəcan siqnalını çalmaq olar. Artıq Xəzər dənizinin səviyyəsinin gözlə görüləcək qədər azalmasına səbəb olub. Xəzər dənizindən əlavə bu dənizin ətrafında insanların həyat şəraitinə də təsir göstərir. Bilirsiniz ki, suyun artıb azalmasıyla əlaqədar olaraq yolların infrastrukturu da dəyişilir. Çünki su geri çəkildikcə quraqlıqlar çoxalır. Bu problemin həlli üzərində işlənilməlidir. Bəzən neft və qaz çıxarılmasına, həmçinin də balıqçılığa təsir edə bilər. Bu sahədə Xəzərdə nəyi çoxaldıb, nəyi azaltmaq lazım olduğunu dəqiq müəyyən etmək lazımdır ki, bu problem azalsın. Elə bir problemdir ki, burada heç bir siyasət, heç bir insani qərar əsas rol oynamır. Bu problemdə əsas rol oynayan təbiətdir.




Ana səhifəyə qayıt        Baxış: 1 178          Tarix: 22-02-2020, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma