Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli “Unikal” qəzetinə gündəmin aktual məsələləri ilə bağlı müsahibə verib. Fərqli yanaşmalarla müşahidə edilən həmin müsahibəni Ovqat.com oxucularına təqdim edirik.
- Mütəllim bəy, bu günlərdə bir sıra diplomatların Şuşaya səfəri təşkil olundu, amma dəvət olunsalar da Rusiya, Fransa və Amerika səfirləri iştirak etmədi. Bunu necə qiymətləndirirsiniz?
- Şuşanın azad edilməsinə görə Azərbaycanın qəhrəman əsgərlərinə borcluyuq. Çox təəssüf ki, hazırda şəhid ailələri və döyüşdə qəhrəmanlıq göstərmiş əsgərlərimizin problemləri hakimiyyəti narahat etmir. Halbuki ilk növbədə onlara diqqət göstərilməli, yaralıların müalicəsi təşkil edilməli, sosial problemləri və digər bütün ehtiyacları qarşılanmalı, şəhid ailələrinə ən yüksək ehtiram göstərilməlidir. Lakin hazırda bu insanların taleyin ümidinə buraxıldığı və hətta bəzi məmurlar tərəfindən təhqir edildiyi, bürokratik əngəllərlə qarşılaşaraq qapılarda süründürüldüyü müşahidə olunur. Əvəzində isə bu igidlərin azad etdiyi ərazilərə milyonlarla vəsait “yatırılır”. Həmin vəsaitlərin nəyə və necə xərcləndiyi isə çox qaranlıqdır, aşkarlıq və hesabatlılıq yoxdur. Görünür, yeni korrupsiya dalğası işğaldan azad edilmiş ərazilərdən başladılıb.
Hakimiyyət başa düşməlidir ki, torpaq vətəndaşsız Vətən sayıla bilməz. Bizim ən dəyərli sərvətimiz insanlarımızdır. Yollar, hava limanları, körpülər, məscidlər insanlar olmadan kimsəyə lazım deyil.
Bütün bunların müqabilində hakimiyyət Şuşa və işğaldan azad edilmiş digər ərazilər üzərində bir şou qurmağa çalışır. Üç ölkənin - ABŞ, Fransa və Rusiyanın səfirləri iqtidarın çağırışına rəğmən Şuşaya səfər etməkdən imtina ediblər. Bu onların hüquqlarıdır. Azərbaycan hakimiyyəti xalqımızla zor gücünə davranır, onu istədiyinə məcbur edir və bəzən hesab edir ki, xarici ölkələrə qarşı da belə davrana bilər. Bu isə mümkün deyil. Hakimiyyət eyforiyadadır, o qədər yalan danışır ki, artıq öz yalanlarına özü də inanır. Adı çəkilən ölkələr isə bu davranışları ilə iqtidarın ağzının üstündən vurdular. Onlar hakimiyyətə göstərdilər ki, biz yuxarıdan aşağı baxdığın, istədiyin kimi təhqir etdiyin, zülm etdiyin Azərbaycan xalqı deyilik.
- Səfirliklərin bu barədə açıqlamaları da candərdi bir mövqe ifadəsi idi. Sizcə. bu yanaşma adıçəkilən dövlətlərin Qarabağ məsələsinə münasibətlərində obyektiv olmadıqlarını göstərmirmi?
- Hakimiyyətin bu məsələni siyasiləşdirib daxili ictimai rəyi ABŞ, Fransa və Rusiyanın əleyhinə yönəltməsi özünün pərt vəziyyətindən çıxmasına hesablanıb. Amma düşünmürəm ki, bu yaxşı nəticələr verəcək.
ABŞ səfirliyinin məsələ ilə bağlı açıqlamasını isə ciddi hesab etmək olar. Səfirlik birmənalı olaraq bildirdi ki, səfirin nə işlə məşğul olması və səfərləri haqqında hesabat vermək istəmirlər. Yəni bu o deməkdir ki, tərəflər öz işləri ilə məşğul olsalar yaxşıdır. Azərbaycanın ABŞ-ın daxili işlərinə qarışmaq kimi gülünc cəhdləri yolverilməzdir. Hesab edirəm ki, Fransa səfirliyinin açıqlaması da eyni məzmunu daşıyır.
Bütün bunları isə hakimiyyətin ABŞ, Fransa və Rusiyanın Qarabağ məsələsinə qeyri-obyektiv münasibəti ilə əlaqələndirməsi ilə heç bir əsası yoxdur.
Səfirlik təmsil etdiyi dövlətin maraq və mənafelərini qoruyur. Onunla isə yerləşdiyi ölkədə hakimiyyətin əmr və zor dili ilə danışmasına yol verilmir. Bunu beynəlxalq hüquq və Vyana Konvensiyası qadağan edir. Azərbaycan Respublikası 1992-ci il 21 iyul tarixində Vyana Konvensiyasına qoşulub. Düşünürəm ki, səfirliklər incə formada Azərbaycan iqtidarına üzərinə götürdüyü öhdəlikləri xatırladıblar. Lakin iqtidar mənsubları bunu başa düşmək istəmirlər.
- Belə bir məqamda Azərbaycan hansı mövqeyi tutmalı, siyasətini necə qurmalıdır?
- Azərbaycan iqtidarı özünü ərkəsöyün uşaqlar kimi aparmağa son qoymalı, gülüş obyektinə çevrilməməlidir. Diplomatik korpuslara münasibət onların təmsil etdiyi ölkəyə göstərilən mövqedir. Azərbaycan iqtidarı digər ölkələrə göstəriş vermək kimi qəbul olunmayan və ikrah doğuran mövqedən imtina etməlidir.
- 44 günlük Vətən Müharibəsindən sonra Ermənistan tərəfi razılaşma bəyannaməsini müxtəlif zamanlarda, müxtəlif formalarla pozurlar. Bu təxribatçı addımlar barədə nə düşünürsünüz?
- Biz vaxtilə deyəndə ki, müharibə yarımçıq saxlanıldı, o zaman əksəriyyət bunu qəbul etmirdi və qələbəmizə kölgə kimi qiymətləndirirdi. İndi görsənir ki, doğurdan da müharibə tamamilə bitməyib, işğal altındakı torpaqlarımız bütövlükdə azad olunmayıb. Belə olan halda isə vaxtaşırı olaraq atəşkəsin pozulması mümkündür. Hazırda situasiya elədir ki, Azərbaycan “sülhməramlılar”la ermənilərin birgə nəzarəti altında olan ərazilərindən hər zaman təhdid gözləməlidir.
- Azərbaycan Türkiyə ilə mütəffiqliyi daha da möhkəmləndirmək yolu tutub. Sizcə, dünyanın əsas güclərin bizə qarşı olduğu, yaxud da bizi sevmədiyi bir məqamda bu müttəfiqlik nə dərəcədə müsbət nəticələr verəcək?
- Azərbaycanla Türkiyə arasındakı münasibətlərin inkişafı təbii əsaslara söykənir və onu kimlərinsə dayandırmağa çalışması mümkün deyil. Lakin indi iki ölkə arasındakı münasibətlərin real durumu danışılanlardan və arzu edilənlərdən xeyli aşağıdır. Hakimiyyət real addımları Rusiyaya qarşı atır, Türkiyə ilə münasibətlər isə daha çox söz, media və təbliğat səviyyəsindədir.
“Dünyanın əsas güclərinin bizə qarşı olduğu, yaxud da bizi sevmədiyi bir məqamda” fikri isə hakimiyyətin uydurmasıdır. Belə fövqəladə bir situasiya yoxdur. Hakimiyyət bununla diqqəti Qarabağ cəbhəsindəki səhvlərindən, ölkədə baş alıb gedən korrupsiya və rüşvətxorluqdan, ağır sosial durumdan yayındırmaq istəyir. Həmçinin işğal altındakı torpaqların azad edilməsini öz adına yazmaqla, olduğundan daha çox zəhmət bahasına başa gəldiyini ictimai fikirə sırımaq istəyir. Beləliklə də Azərbaycanın qəhrəman əsgərinin əməyini mənimsəməyə cəhd edir.
Türkiyə ilə əməkdaşlığın genişlənməsi Azərbaycanda demokratiyanın inkişafına, azad seçkilərə, Qərbə inteqrasiyaya, vətəndaşların hakimiyyət tərəfindən qanunsuz təqibinin qarşısının alınmasına, milli təhlikəsizliyimizin təmin edilməsinə müsbət təsir göstərəcək. İnanmaq istərdim ki, bütün bunlara rəğmən hakimiyyət Türkiyə ilə əməkdaşlığı daha da genişləndirəcək və dərinləşdirəcək.
- Ermənilərin atəşkəsi pozaraq təxribatlar törətməsi və Azərbaycan ərazilərini atəşə tutması nə ilə bağlıdır. Onlar bu cəsarəti haradan alırlar?
- Son vaxtlar atəşkəsin pozulması halları artmaqdadır. Bu isə erməni silahlı birləşmələrinin və yaxud diversant qruplarının tamamilə zərərsizləşdirilməsini gündəmə gətirir. Lakin ilk olaraq atəşkəsə nəzarət edən Rusiya sülhməramlılarının məsuliyyəti məsələsinə baxılmalıdır: onlar 10 noyabr razılaşması ilə üzərlərinə götürdükləri missiyanı nə qədər effektli yerinə yetirirlər? Rusiya bölgədəki duruma nəzarət imkanlarını açıqlamalıdır ki, Azərbaycan tərəfi situasiyanın inkişafını tamamilə dərk edə bilsin. Bununla da proses ya indiki kimi davam etdirilməli, ya Azərbaycan məsuliyyəti tamamilə üzərinə götürməli, ya da sülhə nəzarət üçün əlavə qüvələrin regiona gətirilməsi həyata keçirilməlidir. Düşünürəm ki, Azərbaycan üçün ən məqbul variant Türkiyə silahlı qüvələrinin gərgin zonalara yerləşdirilməsi olar. Ona görə də Rusiya tərəfinin yaranmış vəziyyətlə bağlı konkret və açıq danışması lazımdır. Digər bir variant isə Qarabağda antiterror əməliyyatlarının keçirilməsidir. Bu işi ya Rusiya özü həyata keçirməlidir, yaxud bunun üçün Azərbaycana müvafiq şərait yaratmalıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar