"Son dövrlərdə İran diplomatiyasının daha güclü olmasının səbəbi bu ölkənin enerji daşıyıcıları ilə bağlı dünyanın alternativ gücləri ilə, əsasən də Çin ilə əlaqələri ilə bağlıdır. Həmçinin Bəndər-Abbas boğazından yüklərin daşınması da bu ölkənin logistik əhəmiyyətini artırır. O cümlədən Suriya məsələsi ilə bağlı üçlü ölkələrin görüşləri də var idi və Rusiya- İran-Türkiyə liderlərinin görüşləri baş tuturdu. Bu dəfə isə həm Xəzərlə bağlı, həm yükdaşımalarla bağlı , həm bölgədə yeni güc mərkəzlərinin ortaya çıxması ilə bağlı məsələlər görüşdə müzakirə olunacaq".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.
Onun sözlərinə görə, Tehranda liderlərin ikitərəfli görüşləri də baş tutacaq: "Türkiyə ilə Rusiya prezidentləri arasında Qara dənizdə taxılın daşınması ilə bağlı, dünyada taxıla olan tələbin ödənilməsi ilə bağlı danışıqların aparılacaq. Suriya məsələsi və bögədə PKK ilə bağlı yaranmış vəziyyət müzakirə ediləcək.
Eyni zamanda, enerji daşıyıcıları ilə bağlı, “Şimal Axını 2” layihəsinin tamamilə dayandırılması, Rusiyaya qarşı sanksiyalar, Türkiyənin bu sanksiyalara qoşulmaması, bunun fonunda Ankaranın Cənubi Qafqazla əlaqələrinin möhkəmləndirilməsi, kommunikasiyaların qurulmasında iştirakı, Ermənistanla əlaqələrinin qurulması, Mərkəzi və Orta Asiya ölkələri ilə münasibətlərinin qurulması məsələsi gündəmdədir.
Eyni zamanda G7 dövlətləri səviyyəsində yeni kommunikasiya xətlərinin qurulması, Çinin İpək yoluna alternativ Qərbin yeni projeləri gündəmdədir".Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı proses başlayıb.
Bu Çin-Pakistan-Orta Asiya- Azərbaycan-Türkiyə-İngiltərə xətti üzrə münasibətlərin qurulmasında çox yeni baxış bucaqları ortaya çıxır".
B.Quliyev vurğuladı ki, bu proseslərin ortaya çıxması ilə yeni gərginlik ocaqlarının yaranması böyük yeddilik ölkələrinin rəhbərləri səviyyəsində müzakirə olunur.
Siyasi şərhçi hazırki proseslər fonunda bu 3 ölkə arasında ittifaqın güclənəcəyini də istisna etmədi: "Yeni kommunikasiyalar, yükdaşımalar, iqtisadi əlaqələr foinunda Qərbin bölgəyə müdaxiləsi hiss olunur.
Bölgənin sanksiyadan qaçan ölkələri – İranın, Türkiyənin, Rusiyanın birgə addım atması, gələcəkdə üçlü formatda müzakirələrin davam etməsi, 3+3 formatında bu münasibətlərin Cənubi Qafqaz ölkələrinin də qatılması gündəmdədir. Yaranmış yeni iqtisadi şəraitdə bu dövlətlər iqtisadi əlaqələrini gücləndirməklə bir-birilərinə dəstək verməyə çalışacaqlar, yeni bazarların və yeni münasibətlər formatının reallaşmasına can atırlar.
Qərbin bu dövlətlərlə münasibətində mövcud gərginliyə cavab olaraq bölgədə yeni bir münasibətlər sisteminin qurulmasına hazırlıq gedir".
Paylaş: