“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ərəfəsində gərginlik yarana bilər”.
Musavat.com xəbər verir ki, bu fikir “Valday” Beynəlxalq Diskussiya Klubunun İdarə Heyətinin sədri Andrey Bıstritski tərəfindən səslənib.
“Ola bilsin ki, indi bu ölkələr sülh müqaviləsi və ya hansısa saziş ərəfəsində kifayət qədər ciddi bəyanatlar versinlər. Eyni zamanda, bütün bu bəyanatlardan sonra müqaviləyə əsaslı hazırlıq barədə açıqlamalar gəlir, ona görə də siyasi ritorikanı işlərin real vəziyyətindən ayırmaq həmişə asan olmur”, - deyə rusiyalı ekspert qeyd edib.
Bıstritski əvvəlki illərdə də az-çox fundamental sazişin bağlanması ilə bağlı danışıqlar gedəndə tərəflərin mövqelərini gücləndirmək üçün bir-birlərinə qarşı gərginliyə səbəb olacaq xarakterdə bəyanatlar verdiyini xatırladıb:
“Mən Ermənistanla Azərbaycan arasında yeni münaqişənin yaranma ehtimalı haqqında qəti nəsə deyə bilmirəm. Hər zaman risklər var, biz bunu 2020-ci ildə görmüşük, lakin eyni zamanda hər iki tərəf hərbi əməliyyatların ən son variant olduğunu başa düşür”.
Paylaş: