Xəbər lenti

“Dünən İrəvan xanlığının paytaxtı tarixin zibilliyinə atılacaq yeni “abidə” ilə “zənginləşdi”, daha doğrusu murdarlandı. Yatıb yuxularında türk öldürməkdən, türk qanı içməkdən başqa heç bir şey görməyən hay yamyamları kollektiv terror təşkilatı “Nemezis”in “şərəfinə” abidə ucaltdılar”.

Bunu Azərbaycanın keçmiş XİN başçısı, ölkəmizin Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev bildirib.

O xatırladıb ki, bu terror dəstəsinin qurbanları arasında Türkiyə və Azərbaycanın bir sıra tanınmış ictimai-siyasi xadimləri, dövlət adamları (o cümlədən ilk Cümhuriyyətimizin qurucuları) var.

“2015-ci ildə Şirak əyalətinin Maralik qəsəbəsində Osmanlı sədrəzəmi Tələt Paşanın qatili Soqomon Teyleryana (Tələt Paşa Berlində öldürülüb, Avropa məhkəməsi isə qatilə bəraət verib) biabırçı, düşük erməni fantaziyasının bəhrəsi olan “abidə” qoyulub. Teyleryanın əlində “böyük erməni yazıçısı və humanisti” Avetik İsaakyanın qisas üçün hədiyyə etdiyi tapança, ayağının altında isə Tələt Paşanın kəsilmiş başı var. Türk qardaşlarımız soyuqqanlılıqla “erməni soyqırımı”nı tarixçilərin işi adlandırırlar. Qonşu xalqa nifrət aşılanması, onun tarixinin təhrif olunması, tarixi şəxsiyyətlərinin alçaldılması isə “sənətşünasların işi” adlandırıla bilməz”, - deyə səfir qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 979          Tarix: 27-04-2023, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma