Xəbər lenti

Azərbaycanda növbədənkənar prezident seçkiləri seçki qanunvericiliyinə, ölkə Konstitusiyasına uyğun keçirilib. Beynəlxalq təşkilatların çoxsaylı sənədlərində, eləcə də ümumilikdə beynəlxalq hüquqda təsdiq edilmiş demokratik, azad, dürüst və ədalətli seçkilər prinsiplərinə uyğun olaraq baş tutub.

“Report” xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov növbədənkənar prezident seçkilərinin yekunlarına dair mətbuat konfransında deyib.

S.Markovun sözlərinə görə, təmsil etdiyi “Vətəndaş dialoqu” qrupu müxtəlif dövlətlərdə keçirilən seçkilərin monitorinqində iştirak etmək üçün 15 il əvvəl yaradılıb: “Azərbaycanda keçirilən seçkilər zamanı qrupa 20-yə yaxın müşahidəçi daxil olub. Onlar 30-a yaxın seçki məntəqəsində olublar”.

“Seçkilərdə seçici fəallığından məmnun qaldıq, uzun növbələr müşahidə etdik. Ancaq bu, ekspertlər tərəfindən proqnozlaşdırılırdı. Çünki Azərbaycanda ilk dəfədir işğaldan azad edilmiş ərazilərdə də seçki keçirilirdi. Əminəm ki, bütün beynəlxalq təşkilatlar bu seçkilərin düzgün və ədalətli keçdiyini etiraf edəcəklər”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 470          Tarix: 8-02-2024, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma