Xəbər lenti
Bu gün, 23:44
Bu gün, 19:23
Bu gün, 18:30
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "AstraZeneca" vaksini barədə hökm çıxarmağa tələsməməyi tövsiyə edir. Məsələ ondadır ki, Cənubi Afrikada aparılmış tədqiqat vaksinin bu ölkədə dominantlıq edən virus variantına qarşı az effektli olduğunu göstərib.
Cənubi Afrika fevralın 7-də "AstraZeneca" vaksinindən istifadəni dayandırmaq planlarını açıqlayıb. Kiçik klinik sınaq vaksinin ölkədəki virus variantının yaratdığı yumşaq-orta səviyyəli xəstəliyə qarşı effektli olmadığını üzə çıxarıb. Bu araşdırmanın yoxsul ölkələrə təsiri böyükdür, çünki onlar logistik problemlər səbəbindən AstraZeneca-ya bel bağlayıblar. Bu vaksin normal soyuducu temperaturunda azı altı ay saxlana bilər. "Pfizer/BioNTech" və "Moderna" vaksinləri üçünsə daha güclü soyuducu tələb olunur.
"AstraZeneca" yoxsul ölkələrə milyonlara vaksin göndəriləcək qlobal COVAX planının əsas hissəsidir.
Epidemik Hazırlıq İnnovasiyaları Koalisiyasının (CEPI) başçısı Riçard Haçet deyib ki, bu vaksini kənara qoymaq üçün hələ çox tezdir. “Əlimizdəki alətlərdən mümkün qədər effektli istifadə vacibdir”, – o, fevralın 8-də DST-nin brifinqində deyib.
DST-nin immunizasiya üzrə direktoru Ketrin OBrayan deyib ki, ümumilikdə "AstraZeneca" vaksini barədə müsbət fikir mövcuddur. O, vaksinin Cənubi Afrika variantından xəstəxanaya yerləşdirmələrin, ölümlərin qarşısının alınmasında böyük təsiri ola biləcəyini bildirib.
ÜST rəhbəri Tedros Adhanom Gebreyesusun sözlərinə görə, COVID-19-un yeni variantlarının ortaya çıxması mövcud vaksinlərin effektli olub-olmaması haqda suallar yaradıb. O, Cənubi Afrikada vaksinlə bağlı araşdırmanı narahatedici xəbər adlandırıb.
"AstraZeneca" isə vaksinini artıq Cənubi Afrika variantına qarşı adaptasiya etməyə başladığını bildirib. Bu variant artıq onlarla ölkədə aşkarlanıb. Yohannesburqdakı universitetdə aparılmış sınağın bəzi çatışmazlıqları olduğu, kiçik miqyasda aparıldığı, ona hələlik, kənardan rəy verilmədiyi bildirilir.
Üstəlik, vaksinin COVID-19-un ağırlaşmasına qarşı effekti də öyrənilməyib, çünki əsasən böyük risk qrupunda sayılmayan nisbətən gənclər üzərində öyrənilib.
Cənubi Afrika hökuməti bir neçə həftəyə "Johnson & Johnson's" və "Pfizer/BioNTech" vaksinləri ilə immunizasiyaya başlayacağını bildirib. İlkin məlumatlara görə, "Pfizer/BioNTech" vaksini də Cənubi Afrika variantına qarşı az effektlidir.
Bu variant "Novavax" və "Johnson & Johnson" vaksinlərinin COVID-19-a təsirini də azaldıb. "AstraZeneca" vaksini Avropa Birliyində təsdiqlənib. Amma Fransa və Almaniya daxil bir çox ölkələr bu vaksini yaşı 65-dən az olanlara vurmağı tövsiyə edir. Britaniya bildirir ki, bu ölkədə yayılmış variantın səbəb olduğu ölüm, yaxud ağır xəstəliyi vaksinin önləməməsinə dəlil yoxdur. Britaniya variantının daha yoluxucu və daha ölümcül olduğu bildirilir.
Dünyada koronavirusa 106 milyondan çox yoluxma təsdiqlənib, 2 milyon 300 mindən çox xəstə vəfat edib. (azadliq.org)

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar