Xəbər lenti

Rusiyaya qarşı yeni sanksiyalar barədə Qanun Layihəsi konqresin nümayəndələr palatasında "tələyə düşüb", çünki respublikaçılar təklif edib ki, layihəyə KXDR-ə qarşı olan yeni sanksiyalar da əlavə edilsin. Bu barədə Publika.az“Reuters”ə istinadən xəbər verir.

Yeni antirusiya sanksiyalarını nəzərdə tutan sənəd, senatda səsvermədən keçib, lakin nümayəndələr palatasında "ilişib". Əvvəlcə respublikaçılar qanun layihəsində texniki problemlərin olduğunu bildirdilər, lakin cümə günü, 14 iyul isə dedilər ki, Şimali Koreyaya qarşı sanksiyalar da sənədə əlavə edilməlidir.

Bütün bunların fonunda agentlik qeyd edir ki, demokratlar respublikaçıların qanun layihəsinin qəbulunu uzatmasını, onu saxlamaq cəhdi kimi qiymətləndirirlər.




Ana səhifəyə qayıt        Baxış: 766          Tarix: 15-07-2017, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma