Xəbər lenti

Polşada minlərlə vətəndaş etiraz aksiyalarına başlayıb.

Publika.az xəbər verir ki, sakinlər Konsitutsiya Məhkəməsinin iqtidarın nəzarətinə verilməsilə bağlı yeni qanuna etiraz edirlər.

Paytaxt Varşava başda olmaqla, demək olar ki, ölkənin bütün şəhərlərində küçəyə axışan vətəndaşlar hakim partiyanın bu layihəsinə şiddətlə qarşı çıxıblar. Onlar “azad məhkəmə” və “sərbəstlik, bərabərlik, demokratiya” pankartları ilə etiraz nümayişləri keçirib.

Vətəndaşların etirazını dinləyən prezident Andrzej Duda nəhayət ki, onlara cavab verib.

Dünən axşam Konstitusiya Məhkəməsinin binası qarşısında xalqa müraciət edən prezident qanun layihəsinə veto qoyacağını bəyan edib.

Qeyd edək ki, məhkəmə sisteminin tamamilə dəyişdirilməsini hədəfləyən layihə iqtidardakı Mühafizəkar Ədalət və Hüquq partiyası tərəfindən irəli sürülmüşdü.

Həmin layihənin qüvvəyə minməsi üçün prezidentin imza atması lazım idi.




Ana səhifəyə qayıt        Baxış: 838          Tarix: 24-07-2017, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma