Xəbər lenti

OPEC və kartelə üzv olmayan ölkələrin monitorinq üzrə texniki komitəsinin bu gün Abu-Dabidə (BƏƏ) işə başlayan ikigünlük toplantısında neft hasilatının azaldılması ilə bağlı anlaşmaya nə dərəcədə əməl edildiyi ilə bağlı müzakirələr aparılacaq.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, iclasda öhdəliklərinə tam əməl etməyən bir neçə ölkə iştirak edəcəyini təsdiqləyib. Görüşün Küveyt və Rusiyanın sədrliyi ilə keçiriləcəyi bildirilir.

Qeyd edək ki, neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il Vyana anlaşmasında 24 ölkə iştirak edir. Bu il yanvarın 1-dən qüvvədə olan anlaşmaya ilk yarımildə 98% əməl olunub. Lakin iştirakçı ölkələrdən bəzilərinin öhdəliyinə artıqlaması ilə, bəzilərinin isə natamam əməl etdiyi bildirilir. Belə ki, Beynəlxalq Energetika Agentliyinin (IEA) iyul hesabatına əsasən, İraq bu ilin ilk 6 ayında anlaşmaya 46%, BƏƏ 54%, Əlcəzair isə 70% əməl edib.

Xatırladaq ki, iyulun 24-də Sankt-Peterburqda keçirilən Monitorinq üzrə Nazirlər Komitəsinin iclasında çıxış edən Rusiyanın energetika naziri Aleksandr Novak anlaşmaya tam əməl edilməsi durumunda neft bazarından əlavə gündəlik daha 200 min barel çıxarılacağını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 682          Tarix: 7-08-2017, 11:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma