Xəbər lenti

  “Maps.me” proqramında Azərbaycan xəritəsini açanda, Dağlıq Qarabağ rusca və ermənicə “Nagorno-Karabaxskaya Respublika” kimi göstərilir.

Ovqat.com xəbər verir ki, bu xəritədə işgal olunmuş ərazilərimizin coğrafi adları da təhrif olunaraq, ermənicə qey edilib.

Maraqlıdır ki, “Maps.me” proqramında  yeni yaranan hər təzə ölkə üçün yenidən yüklənmə tələb edilir və rəsmi sənədlərlə əsaslandırılır. Azərbaycanın ərazi bütövlüyünə daxil olan ərazilərin başqa bir dövlət kimi göstərilməsi bu baxımdan xeyli təəccüblü görünür.

Görəsən, ölkəmizin suveren haqlarına hörmətsizlik kimi qiymətləndirilən bu təqdimat necə baş verib? Bu, erməni təxribatının arxasında kimlər dayanır?

Faktla bağlı söhbət etdiyimiz mütəxəssislərin fikrincə, “Maps.me” saytı Rusiyanın mail.ru holdinginə məxsusdur: ““Mail.ru”-nun əsas paketi isə özbək əsilli Əlişir Usmanova aiddir. İdarə heyətində bir erməni də var. Mümkündür ki, həmin erməninin təxribatı nəticəsində ölkəmizin ərazisi bu cür təhrif olunub”.

Bəs, görəsən, Azərbaycan Xarici İşlər Nazirliyi hara baxır?

 




Ana səhifəyə qayıt        Baxış: 1 272          Tarix: 3-07-2017, 10:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma