Xəbər lenti

 

Qədim Misir fironlarından biri Tutanxamonun sərdabəsi ilk dəfə 4 noyabr 1922-ci ildə ingilis əsilli misirşünaslar tərəfindən kəşf olunmuşdu. Onun mumiyalanmış bədəni bu günə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır. Hazırda Misirdə "Fironlar vadisi"ndə şüşə sərdabədə saxlanılan cəsədin içindən 1 ton qızıl tapılmışdı. 1922-ci ildə qəbri açılan fironun ətrafdakı insanların ölümünə səbəb olduğuna dair şayiələr dolaşırmış. Bir çox misirşünasların araşdırdığı firon haqqında maraqlı məlumatlardan biri də bu gün istifadə etdiyimiz yığılan çarpayılarla bağlıdır.

Ovqat.com ilk dəfə yığılan çarpayı hazırladan firon haqqında maraqlı faktları təqdim edir:

Araşdırmaçıların fikrinə görə, Tutanxamon dünyaya gələndə bir çox ağır xəstəlikləri olub. Anadangəlmə sümük xəstəliyindən əziyyət çəkən firon qanazlığı və oraqşəkillihüceyrə anemiyasından da əziyyət çəkib. Bunun səbəbi isə Misirdə ailələrin qohum nikahına girməsi olub. Qan qohumluğu olan insanların bir-biri ilə ailə qurmasından dünyaya gələn xəstə övladların əksəriyyəti ya diri-diri basdırılırdı, ya da çox yaşamırdı. Tutanxamonun atası və anası doğma bacı-qardaş olublar. Daha sonradan Tutanxamon özü də doğma bacısı Anxesenamonla evlənib. Bu izdivacdan onların iki övladı dünyaya gəlib ki, hər ikisinin də ölü doğulduğu deyilib. Onların bədənləri Tutanxamonun atası Misir fironu Axnatunun məzarında basdırılıb.

Arxeoloq Hovard Karter fironun məqbərəsinin açılmasına nail olan ilk alimdir. Onun sözlərinə görə, sümük xəstəliyi ucbatından firon daim istirahət edəcək yer axtarırmış. Uzun müddət ayaqları üstündə dayana bilməyən Tutanxamon müharibələrdə iştirak etmək üçün yararsız idi. Müxtəlif üsullarla firona rahat çarpayı hazırlamaq istəyən qulluqçular heç cürə buna nail ola bilmirdilər. Buna görə də, onun hər zaman yanında daşıya biləcək və rahat istirahət təmin edəcək çarpayıya ehtiyacı var idi. Hovard Karter iddia edir ki, məqbərədən tapılan çoxsaylı taxta parçaları və üzərindəki oyuqlar həqiqətən də yığılan çarpayının bu tarixdə icad edildiyini deməyə əsas verir.

Uzun mübahisələrdən sonra alimlər əminliklə dünyada ilk yığılma çarpayınin firon Tutanxamonun sifarişi ilə hazırlandığını deyiblər. Detallar incələndikdən sonra təxmini quruluşunu əks etdirən foto hazırlanıb. Tutanxamon üçün yığılan çarpayı eksperimental model idi və əvvəl heç yerdə istifadə edilməmişdi. Bu çarpayının təxminən 3300 il yaşı olduğu deyilib.

Bəzi alimlər tərəfindən gərəksiz və mənasız həyat yaşayan Tutanxamonun dünyaya yığılan çarpayı hədiyyə etməsini qiymətləndirən Hovard Karter hazırda bu avadanlığın təkmilləşdirilmiş formalarından istifadə edənlərin onun ruhuna təşəkkür etməsi gərəkdiyini bildirib.

Keçmişə nəzər salsaq demək olar ki, bütün aristokrat sovet ailələrinin evində yığılan çarpayılar olub. Çətinliklə açılıb-bağlanmasına baxmayaraq o dövrdə evdə daha az yer tutduğu üçün əlverişli hesab edilirdi.

Fironun ölüm səbəbi olaraq bir neçə alternativ irəli sürülüb. Bunların ən dəqiq versiyasını müəyyənləşdirmək üçün Tutanxamonun mumiyası kompüter tomoqrafiyasına salınıb. Dovşan dodaq və qurdağız kimi sindromlarla doğulan Tutanxamon nə qan xəstəliyindən, nə də 19 il əziyyət çəkdiyi sümük xəstəliyindən vəfat etməyib. Fironun DNT analizlərindən əldə olunan nəticələrə görə onun ağırlaşmış malyariya xəstəliyindən öldüyü təsdiqlənib.

Tarixdə fiziki qüsurlu doğulub dünyada silinməz izlər qoyan insanlar sırasında əlil arabasına məhkum olmuş Amerika prezidenti Franklin Ruzvelt, ağır asma xəstəsi olan inqilabçı Çe Quevara, nüvə silahı ilə ayaqları kəsilmiş "Yezutilər ordeninin" banisi İqnati Loylunun adlarını çəkmək olar. Lakin 20 yaşına çatmamış Tutanxamonun yığılan çarpayı hazırlatması qısa zamanda böyük uğur hesab edilə bilər. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 1 371          Tarix: 14-08-2017, 22:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma