Tokio sakini Takesi İnabunu şagirdləri lənətlədiyinə görə həbs ediblər.
Ovqat.com musavat.com-a istinadən bildirir ki, 41 yaşlı yapon uşaqların keçdiyi piyada keçidində vara-ninqyo adında ənənəvi lənətlənmiş gəlincik qoyub. O, həmin yerə eyni zamanda kiçik bir yazı da yazıb: "Sizin hamınız, avarasınız və ölməyinizi arzu edirəm".
Vara-ninqyo adlı oyuncaq polisin də marağına səbəb olub. İnabu etiraf edib ki, məktəblilərə həqiqətən də lənət göndərmək istəyib: "Park boyunca qaçan bu uşaqlar həddən artıq səs-küy qoparırlar". O, hərəkətini belə izah etməyə çalışıb. Daha öncə İnabu ibtidai məktəbin əməkdaşlarına, eləcə də şagirdlərin valideynlərinə dəfələrlə şikayət ərizəsi yazıb. Bundan başqa, "uşaqlar çox səs-küy qoparır" sözləri parkdakı skamyaların və ictimai ayaqyolunun divarlarına da yazılıb. Polis şübhələnir ki, bunu edən də Takesi İnabunudur.
2013-cü ildə də xəbər yayılmışdı ki, Amerikanın Florida ştatında yaşayan Haiti sakini olan bir qadın vuduist lənətindən xilas olunmaq üçün polisə müraciət edib.
Paylaş: