Xəbər lenti
27-11-2024, 19:25

 ABŞ-ın müttəfiqlərinin silah arsenalını artırması rəsmi Vaşinqtonu narahat edən məsələlərdəndir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Strateji və Texnoloji Analitika Mərkəzinin rəhbər müavini Konstantin Makiyenko Türkiyə və Səudiyyə Ərəbistanının S-400 raket sistemi ilə bağlı həmlələrini şərh edərkən deyib.

“Əlbəttə, amerikalıların bundan xoşu gəlmir. Onlar ənənəvi olaraq Rusiyanın bütün silah müqavilələrini pozmağa çalışırlar. 1994-cü ildə MİQ təyyarələrinin Malaziyaya satılmasının qarşısını almaq üçün çalışdılar. O tarixdən bəri hədəfləri budur. Həm Ankaranın, həm də Ər-Riyadın S-400 sistemlərini alması onların Rusiyaya olan hörmət və ehtiramının göstəricisidir”, - ekspert bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri Rusiyadan S-400-ün alışı ilə bağlı ilkin razılığa gəliblər.




Ana səhifəyə qayıt        Baxış: 418          Tarix: 9-10-2017, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma