Xəbər lenti

Ramin Hüseyn Abadian

“Mehr” (İran)

 

Səudiyyə Ərəbistanının xahişi ilə toplaşmış Ərəb Dövlətləri Liqasında (qısaca, Ərəb Liqası – ƏL) qəbul edilən qətnamədə İran və Livanın “Hizbullah” hərəkatı əsassız şəkildə ittiham olunub. İranın Ərəb Dünyasının daxili işlərinə müdaxilədə suçlandığı bu qətnamə ilə Livan tərəfi razılaşmayıb, İraq da onun əleyhinə çıxış edib.

Sənədin müəllifləri İranı ərəb, o cümlədən Səudiyyə Ərəbistanının milli təhlükəsizliyini təhdid etməkdən çəkinməyə çağırışı edir. Üstəlik, rəsmi Tehran Yəmən ordusuna hərbi dəstəkdə və xalq komitələrinə, heç bir dəlil olmadan, sponsorluq etməkdə təqsirləndirilir.

Digər tərəfdən xarici işlər nazirlərinin görüşü başa çatdıqdan sonra ƏL-in baş katibi Əhməd Əbül Qeyt bildirib ki, hazırkı mərhələdə yalnız İranın davranışları müzakirə olunur. Əbül Qeyt iddia edib ki, ötən on illikdə İran ərəb dövlətlərinin qərarlarına öz təsirini genişləndirməyə çalışır. “Hələlik məsələnin BMT Təhlükəsiz Şurasında müzakirəyə çıxarılmasından söhbət getmir. Biz yalnız ərəb dövlətlərinin mövqeyini müəyyənləşdiririk. Amma sonrakı addımın BMT-yə müraciət olub-olmayacağı hələ ki mücərrədir”. 

ƏL baş katibi Yəmən müharibəsinin sona çatdırılması ilə bağlı sualdan yayınıb və bu qərarı koalisiyanın verməli olduğunu bildirib.

Liqanının yekun qətnaməsi və XİN başçılarının bəyanatları müxtəlif təpkilər doğurub. Fələstinin “İslami cihad” hərəkatı ƏL-in sənədini qınayıb. Hərəkatın bəyanatında qeyd olunub ki, yekun qətnaməsində Fələstinin sionist işğalı xatırlanmır. “İslami cihad” Livanının “Hizbullah” hərəkatına qarşı təzyiqi pisləyib: “Bu, sionist düşmənə xidmət edən addımdır”.

ƏL bu cür mövqe sərgiləyərək etnik və dini-məzhəbi gərginlik üçün zəmin yaradır ki, bu da həqiqətən, yalnız İsrailin mənafeyinə uyğundur. Buna görə də, “HƏMAS” və Livan hərəkatının yekun qətnaməsi pisləməsi təəccüblü deyil.

Ərəb dövlətlərinin son sammitini çağırmış Səudiyyə Ərəbistanı sionist rejimlə ahəngdar şəkildə İranı ittiham edir. Halbuki söhbət daxili işlərə müdaxilədən gedərkən, Körfəz ölkələri yaxşı bilir ki, məhz Səudiyyə Ərəbistanı həmişə bu məsələdə öndə olub və daim həmin ölkələri öz təsiri altında saxlamağa çalışıb.

Yekun qətnamənin dili də onun xarici işlər nazirləri tərəfindən yox, məhz Səud Evinin diktəsi ilə yazıldığına dəlalət edir. İrana qarşı ittihamların bir çoxu Səudiyyə Ərəbistanının iddialarından ibarətdir.

Səudilərin Ərəb Liqasından, habelə digər formal qurumlardan İslam Respublikası əleyhinə faydalanması cəhdləri onun müxtəlif cəbhələrdə uğursuzluğunu ört-basdır etmək üçündür. Səidilər hazırda İran və müttəfiqlərinin beynəlxalq terrorizmlə mübarizə apardığı Suriya və İraqda muzdlularının girdaba yuvarlandıqlarından xəbərdardır. Onlara bu fakt da məlumdur ki, Livandakı sabitlik də İranın milli barışıq hökumətinə və Livan xalqına dəstəyinə əsaslanır.

Hikkəli Səudiyyə Ərəbistanı şahzadələri, o cümlədən Məhəmməd bin Salman, Riyadın siyasi və diplomatik cəbhələrdəki məğlubiyyətinin səbəblərini gizlətmək üçün İran əleyhinə siyasi və media hücumlarla itkiləri kompensasiya etmək istəyir. 

Başqa tərəfdən, ƏL-in yekun sənədi sionist rejimə rəğbətin göstəricisidir. Halbuki sionistlər ərəb və müsəlman dünyasının düşmənidir…

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 809          Tarix: 23-11-2017, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma