Almaniya hüquq-mühafizə orqanları erməni mənşəli boksçuların - Karo Murat və Artur Abrahamın mafiya ilə əlaqəsinin olub-olmadığını yoxlayır.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Almaniya nəşrləri K.Muratın üç il əvvəl Erfurtda iki erməni qruplaşmasının atışmasında iştirak etməkdə şübhəli bilindiyini yazıb.
"Onun adına olan qara "Mercedes" markalı avtomobil atışma gecəsi hadisə zonasında görünüb. Nəzarət kameraları isə beysbolka papaqda və qara çantada bir nəfəri qeydə alıb. Sadəcə, Karonun qardaşı Koko həmin adamın o olduğunu iddia edir", - "MDR Thuringen" nəşri yazıb.
K.Murat həmin gecə Berlində olduğunu bildirir.
Hüquq-mühafizə orqanları həmçinin başqa boksçunun - A.Abrahamın əlaqələrini araşdırır. Belə ki, o, 2017-ci ilin aprelində Erfurtda Robin Krasniçini məğlub etdikdən sonra qələbəni şəhərin restoranlarından birində qeyd etmək qərarına gəlib. Restoranın qapısında A.Abraham Gevork və Aram A. qardaşları ilə söhbət edib. Hazırda onların hər ikisi atışmada iştiraka görə istintaqa cəlb olunub. Nəşr yazır ki, Aram A. həmçinin İtaliyadan saxta pul gətirməkdə də şübhəli bilinir.
Paylaş: