Xəbər lenti

 Türkiyənin Tekirdağ şəhəri yaxınlığında Mərmərə dənizinin suları narıncı rəngə boyanıb.
Bu hadisə sakinlərin narahatlığına səbəb olub.
Onlar bunun kimyəvi maddələrin suya qarışması nəticəsində baş verdiyini hesab edib. Lakin bioloqlar bu amilin ən kiçik dəniz canlısı olan planktonlarla bağlı olduğunu bildirib.
Alimlərin sözlərinə görə, bu planktonlar yaz aylarında ətraf suları müxtəlif rənglərə boyaya bilər.
“Noctiluca scintillans” növünə aid planktonlar dənizi çəhrayı, yaşıl, qırmızı və qəhvəyi rənglərlə boyamaq qabiliyyətinə malikdir. Bu amil təbii mühitə heç bir ziya vurmur.



Ana səhifəyə qayıt        Baxış: 889          Tarix: 4-05-2017, 21:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma