Xəbər lenti

 

Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz dəfn edilib.

Ovqat.com-un məlumatına görə, ötən gün həyatını itirən Yavuz Yılmaz üçün Marmara Universitetinin İlahiyyat Fakültəsinin çəscidində cənazə namazı qılınıb.

Məsud və Berna Yılmaz cütlüyü məscidin həyətində qurulan çadırda baş sağlıqlarını qəbul edib. Mərasimə, prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, CHP lideri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Bağçalı, nazirlər, millət vəkilləri, siyasət, iş və idman ictimaiyyətindən çoxlu sayda adam qatılıb. Yavuz Yılmaz Kanlıca qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, 16 dekabrda Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz İstanbuldakı evində ölü tapılıb. Evində silahla vurulmuş halda tapılan 38 yaşlı Yavuz Yılmazın intihar etdiyi ehtimal olunur. ABŞ-da olan Məsud Yılmaz və həyat yoldaşı Berna Yılmaz oğlanlarının ölüm xəbərini aldıqdan sonra təcili olaraq Türkiyəyə geri dönüblər. Yavuz Yılmaz qardaşı Emir Hasan Yılmazla birgə şirkət sahibi olub.\\ Metbuat.az

Məqaləyə dair fotomateriallar:




Ana səhifəyə qayıt        Baxış: 561          Tarix: 18-12-2017, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma