Xəbər lenti

                                                      

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsi xəbərini təkzib edib.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə koalisiya nümayəndəsi bildirib.

“Təəssüf ki, bu xəbərlər həqiqətə uyğun deyil”, deyə nümayəndə qeyd edib. Onun sözlərinə görə, koalisiya Əbu Bəkr əl-Bağdadinin harada olmasından xəbərsizdir.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin “Yeni Şafak” qəzeti əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən ələ keçirildiyini və Suriyanın şimalındakı hərbi bazada saxlanıldığı barədə məlumat yayıb.//APA




Ana səhifəyə qayıt        Baxış: 669          Tarix: 18-12-2017, 21:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma