The White House (ABŞ), 24.05.2018
Koreya Xalq Demokratik Respublikasının dövlət məsələləri üzrə Komissiyasının Əlahəzrət Sədrinə
Phenyan
Hörmətli cənab Sədr!
Biz bu yaxınlardakı danışıqlarımızda göstərdiyiniz vaxtı, səbiri, habelə səyləri və keçirilməsinə hər iki tərəfin cəhd etdiyi və mayın 12-də Sinqapurda baş tutmalı olan sammit haqda diskussiyalara münasibətdə göstərdiyiniz səyləri yüksək dəyərləndiririk. Biz məlumatlandırılmışdıq ki, bu görüşün keçirilməsini Şimali Koreya xahiş edib, lakin bunun bizim üçün əsla heç bir önəmi yoxdur. Mən sizinlə bu görüşü çox gözlədim. Təəsssüf ki, sizin son bəyanatlarınızdakı çılğın qəzəbi və aşkar düşmənliyi nəzərə alaraq çoxdan planlaşdırılan bu görüşü keçirməyi hazırda yersiz sayıram. Buna görə də, lütfən, bu məktubu Sinqapurdakı – hər iki tərəfin rifahı, lakin bütün dünyaya ziyan -sammitin baş tutmayacağının dəlili kimi qəbul edin.
Siz nüvə potensialından danışırsınız, amma bu sahədə bizim imkanlarımız o qədər böyük və o qədər qüdrətlidir ki, Allahdan diləyirəm ki, bundan heç vaxt istifadə olunmasın.
Mən hiss etdim ki, sizinlə mənim aramda görkəmli dialoq qurulur və son nəticədə elə məhz bu dialoqun önəmi var. Mən hansısa bir anda sizinlə görüşməyi çox istəyirəm. Hələlik isə indi öz ailələrinə dönən girovların azad edilməsinə görə sizə təşəkkür etmək istəyirəm. Bu, çox gözəl bir jest idi və layiqincə dəyərləndirilib.
Bu son dərəcə önəmli sammitin keçirilməsi haqda fikrinizi dəyişsəniz, onda, lütfən, mənə zəng edin və yaxud heç bir tərəddüdsüz bu haqda mənə məlumat verin. Bütün dünya – xüsusən də Şimali Koreya – etibarlı sülh, böyük tərəqqi və sərvət yaratmaq imkanını buraxıb. Əslində, istifadə edilməyən bu imkan tarixdə kədərli bir məqamdır.
Səmimiyyətlə sizin Donald Tramp
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Tərcümə Strateq.az-ındır.
Paylaş: