Xəbər lenti

Sem Reynolds

EurasiaNet (ABŞ), 26.07.2018

 

Mərkəzi Asiya Vaşinqtonla Pekin arasında şəkillənən ticarət savaşı nəticəsində uduşda qala bilər. Çinin, adətən, ABŞ-dan aldığı xüsusən də kənd təsərrüfatı malları bölgə ölkələrində gen-bol istehsal olunur. Bundan savayı, ÇXR ilə Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələri Çinin “Bir qurşaq, bir yol” meqalayihəsi sayəsində xeyli yaxşılaşıb ki, bu da malların tədarükünü rahatlaşdırıb.

ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara yanvardan yeni tariflər tətbiq edəcək. İyulun 5-də Çin idxalatına ümumilikdə 34 milyarad dollarlıq rüsum tətbiqi qüvvəyə minəndən sonra Pekin soya paxlasından elektromaşınlara qədər tam bir sıra mallara nisbətdə tariflər tətbiq edərək Amerika ixracatçılarına cavab zərbəsi endirib.

Mərkəzi Asiyadan Çinə kənd təsərrüfatı məhsullarının bəzi növlərinin tədarükü bu fonda çoxalıb. Xüsusən də Qazaxıstan bu il (martdakı durum üzrə) ÇXR-ə buğda ixracatını 50% artırıb, Qazaxıstan Respublikası kənd təsərrüfatı naziri iyunda isə bildirib ki, 2020-ci ilə doğru bu məhsulun Çinə tədarükü 2016-cı il səviyyəsiylə müqayisədə üçqat artacaq.

Rüsumlara görə ABŞ və Çinin fikir ayrılıqları nəticəsində Mərkəzi Asiya ilə ticarətin partlayışlı artımı haqda danışmaq hələlik tezdir, amma Çin tədarükçüləri açıqca məmnundurlar ki, alternativ var.

“Biz Qazaxıstandan buğda almağa təzə başlamışıq, – çinli treyder Amerikanın Si-En-Bi-Si xəbər kanalına deyib. – Hələlik ancaq bir neçə min ton sifariş etmişik. Baxaq, bu malı nə qədər uğurla sata biləcəyik və gəlir necə olacaq. Amma mal yaxşı çıxsa, onda, şübhəsiz, alqını artıracağıq. Bütün bunlar cari ticarət savaşıyla bağlıdır”.

Qazaxıstan da Çinə əvvəllər Amerikanın Çinə tədarük edilən ən böyük ixracat malı soya paxlasının tədarükünü artırmaq istəyir. Keçən payız Çinə 8,4 min  ton Qazaxıstan soyası göndəriblər. Çin bu ilin mayında paxla alqısını praktik olaraq dayandırandan sonra Pekin şimali Qazaxıstandan tədarüklər haqda müqavilə imzalayıb.

Qazaxıstandan soya paxlası idxalı həcmi hələik ÇXR-in 100 milyon ton təşkil edən tələbatının yalnız cüzi qismini bağlayır, amma tədarük artımı tendensiyası göz qabağındadır.

Qazaxıstan Çin lideri Si Szinpinin 2013-cü ildə Astana səfəri zamanı işə salınmış “Bir qurşaq, bir yol” layihəsi çərçivəsində ən böyük yatırım alanlardan biridir. Məsələn, yaradılması bu təşəbbüs çərçivəsində maliyyələşdirilən təkcə bir Çin-Qazaxıstan logistik qovşağı vasitəsilə bu ilin fevralından bəri 13,5 min ton Qazaxıstan buğdası tədarük olunub. Təkcə keçən il yeni infrastruktur layihələri Çinlə 20 milyard dollarlıq müqavilə imzalamış Özbəkistan da uduşda qala bilər.

Pekin də Vaşiqntonun hərəkətinə cavabda  rüsumlara toxunmayan bir sıra tədbirlər görüb. Çinin “Saut çaynə morninq post” nəşri xəbər verib ki, xüsusən də Amerikia mallarının gömrükdən təmizlənməsilə ləngimələr başlanıb.

Nəticədə Çin tədarükçüləri alternativlər aramağa başlayıblar. Bəziləri uzağa getməmək və qonşulara baş çəkmək qərarına gəliblər. Məsələn, çinli bir meyvə idxalatçısı “Saut çaynə morninq post”-a xəbər verib ki, ABŞ-dan alqını dayandırıb və Özbəkistan və Qırğızıstandan almağa başlayıb, çünki “Çinin “Bir qurşaq, bir yol” təşəbbüsü marşrutu boyunca məntəqələrdə gömrük təmizləməsi və qarantin təftişi xeyli sadə və asandır”.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 372          Tarix: 27-07-2018, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma