Xəbər lenti
Bu gün, 19:25

Bu ilin iyun ayında Türkiyə ABŞ-ın dövlət borcu istiqrazlarına investisiyaları azaldıb. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da Türkiyə ABŞ-a ən çox borc vermiş ölkələrin siyahısından çıxıb.

Məlumata görə, iyunun sonunda sözügedən investisiyaların məbləği 28,8 mlrd. ABŞ dolları təşkil edib. Halbuki, mayın yekununda bu rəqəm 32,6 mlrd. dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə ABŞ-ın dövlət borcu istiqrazlarına investisiyaları ötən ilin noyabr ayından azaltmağa başlayıb. Həmin vaxt adı çəkilən maliyyə alətlərinə investisiyaların dəyəri 61,2 mlrd. dollar təşkil edib.

 




Ana səhifəyə qayıt        Baxış: 266          Tarix: 16-08-2018, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma